Elman Nəsirov: Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələrin çirkin niyyətinə xalq-iqtidar birliyi imkan verməyəcək
20:31 12.07.2018
Arxiv
249
Gəncə şəhərində dini radikal qruplaşmaların törətdiyi iğtişaşlar özünü müsəlman kimi təqdim edən ünsürlərin terrora cəhdidir. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, həmin ünsürlərin ilk növbədə siyasi mahiyyət kəsb edən planları olub:
"İlkin təhlillər ona əsas verir ki, radikal qruplaşma və onların arxasında dayanan xarici qüvvələr öncədən bunu planlaşdırıblar. Onlar ölkənin ikinci ən böyük şəhərində xaos yaratmaq, hakimiyyəti zorla zəbt etmək, həmçinin bu planlarını reallaşdırandan sonra ölkənin digər şəhər və rayonlarında tətbiq etmək, analoji hadisələri digər ərazilərdə də həyata keçirib Bakıda terror törətmək, ölkədə sabitliyi pozmaq istəyiblər. Həmin ünsürlər ölkədə vətəndaş həmrəyliyini pozub ölkədə xaos yaratmaq istəyiblər. Amma onlar bir məsələdə səhv ediblər ki, bu cür təxribatlar üçün Azərbaycanı məkan seçiblər".
Millət vəkili bildirib ki, onlar Azərbaycanı Suriyaya çevirmək niyyətində olublar, lakin bu işdə yanıldılar:
"Azərbaycan bu cür terror hadisələrini həyata keçirmək üçün məkan ola bilməz. Bəzi Yaxın Şərq ölkələrində bu planlar baş tutsa da, Azərbaycanda bunu heç kim həyata keçirə bilməz. Çünki Azərbaycanda hakimiyyətlə xalq birliyi var. Azərbaycanda xalq Prezidenti müdafiə edir. Bu müdafiəni xalq bu ilin aprel ayında ölkədə keçirilən prezident seçkilərində bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti heç bir xarici dövlətin, heç bir siyasi dairənin diktəsi ilə deyil, öz müstəqil siyasətini həyata keçirir. Azərbaycanın düşmənləri bunu axıra qədər hesablaya bilməyiblər. Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələrin çirkin niyyəti heç bir zaman reallaşa bilməyəcək. Buna xalqın iqtidarla birliyi imkan verməyəcək. Azərbaycanda çirkin niyyətini həyata keçirmək istəyənlər ən sərt cəzalarını alacaqlar".
Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət