Elmira Axundova: " 21 yaşına çatmamış şəxslərə spirtli içki satılmamalıdır"




Azərbaycanda 18 yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadəyə qadağaların qoyulması ilə tam razıyam. 

Bu barədə Sherg.az-a millət vəkili Elmira Axundova bildirib. 

Xanım deputatın sözlərinə görə, bu məsələ qanunla tənzimlənməlidir: 

" Hətta məlum qadağanın 21 yaşına çatmayan şəxslərə də şamil olunmasının tərəfdarıyam. Məsələn, Amerikada 21 yaşına çatmamış şəxslərə spirtli içki satmırlar. Amma bizdə yetkinlik yaşı 18 yaş hesab olunduğu üçün, bu yaş müddəti götürülüb. Zənnimcə, həmin addımın atılması mütləqdir. Tamamilə razıyam".

Parlament üzvünün fikrincə, sözügedən məsələlərin qanunla qadağan olunması öz effektini verəcək: "

Heç bir mağaza 18 yaşına çatmamış şəxslərə siqret və spirtli içkilər satmayacaq. Kimsə qanunu pozub, o şəxlərə həmin məhsulları satarsa, cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu mənada mağaza rəhbərləri da qadağa qoyacaq. Xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da 18 yaşına çatmayanlara siqaret və spirtli içki satılmayacaq. Mən Rusiyada dəfələrlə şahidi olmuşam ki, gənclər yaxınlaşanda onlardan yaşlarını soruşublar və şəxsiyyət vəsiqəsi tələb ediblər".

E. Axundova onu da əlavə edib ki, bu məsələnin uğurla getməsi üçün maarifləndirmə işləri aprılmalıdır: 
" Maarifləndirmə işini isə , televizya, radio, qəzet və saytlar təşkil etməlidirlər. Jurnalistlərin də üzərinə böyük yük düşür".

Qeyd edək ki, Azərbaycanda 18 yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadə qadağan edilir. Bu kateqoriyadan olan şəxslərə həmin məmulatların satışı, eləcə də onların şans və mərc oyunlarında iştirakı, saat 20:00-dan sonra gecə klublarına, barlara buraxılması da yasaqlanır.

Ayyət Əhməd