Ən acı xəbər gəldi: Əkiz polislər şəhid oldu




Ankara Gölbaşı Xüsusi Hərəkat Dairə Başçılığına edilən hücum nəticəsində şəhid olan polislərdən ikisinin Adanalı əkizlər Əhməd ilə Məmməd Oruc olduğu xəbəri, ailəsini qəhərə boğdu.

 25 il əvvəl Hacı Əli Oruc ilə Sanem Orucun əkizləri olaraq dünyaya gələn Əhməd ilə Məmməd Oruc vidalarında da bir-birlərindən ayrılmadılar. 3 illik polis olan Əhməd və Məmməd Orucun 8 ay əvvəl Xüsusi Hərəkat Dairə Başçılığına birlikdə təhsilə getdiyi öyrənildi.

Ürəyini yaxan xəbəri gətirən polislərə sarılan ata Oruc, "Mənim balalarım harada? Gəlin sizi iyləyim" deyərək gözyaşlarına boğuldu. Ata Oruc çətinliklə ayaqda dayanaraq Əhməd Orucun həyat yoldaşı Əminənin də 6 aylıq hamilə olduğu bildirildi. Məmmədin isə Kübra Oruc ilə evli olduğu hələ uşağı olmadığı bildirildi. Şəhidlərin cənazələri  sabah Adanada torpağa veriləcək.