Ərdoğan: "Ey Tramp, sən neyləmək istəyirsən?"





Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin rəsmi paytaxtı kimi tanımasına sərt təpki verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Yunanıstana səfər öncəsi açıqlama verən Ərdoğan Trampın qərarını sərt tənqid edib: "Ey Tramp! Sən neyləmək istəyirsən? Trampın açıqlamaları bölgəni atəş içinə salan və qarışdıran açıqlamalardır. Siyasi liderlərin vəzifəsi qarışdırmaq deyil, barışdırmaqdır. ABŞ prezidenti 1980-ci ildə BMT-nin qəbul etdiyi qətnaməni heçə sayıb".