Ərdoğandan Qüdslə bağlı dünyaya MÜRACİƏT
15:04 06.12.2017
Arxiv
1013
"Qüds (Yerusəlim) şəhəri bütün müsəlmanların göz bəbəyidir”.
APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya kralı Abdullahla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Türkiyə prezidenti bildirib ki, Qüds şəhərinin hüquqi statusunu dəyişdirəcək addım atılmamalıdır: "Qüdsün statusu ilə bağlı atılacaq hər hansı yanlış addım islam dünyasında hiddətə səbəb olacaq. Qüdsün müqəddəsliyi və tarixi statusunun mühafizəsi məsələsində İordaniya ilə mövqeyimiz eynidir”.
Ərdoğan Qüds şəhəri ilə bağlı dünya ölkələrinə müraciət edib: "Qüdsün Birləşmiş Millətlər Təşkilatının qərarları ilə müəyyən edilmiş hüquqi statusunu dəyişdirəcək istənilən addımdan uzaq durulmalıdır. Şəxsi istəklərə görə sayı milyarddan çox olan müsəlmanların taleyi ilə oynamağa heç kimin haqqı yoxdur”.
İordaniya kralı isə deyib ki, Qüdslə bağlı narahatlığını ABŞ prezidenti Donald Trampa çatdırıb.
Qeyd edək ki, ABŞ prezidenti D. Tramp bu gün Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək. ABŞ prezidentinin müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndiriləcək.
Xatırladaq ki, ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər. Avropa İttifaqı isə D. Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Türkiyə prezidenti isə elan edib ki, ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, İsraillə diplomatik əlaqələr kəsiləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya