Ərdoğanın Bakı səfəri çox vacib idi
07:39 12.07.2018
Arxiv
430
Türkiyənin dəstəyini almış Azərbaycan beynəlxalq sistemdə və regional siyasi münasibətlərdə mövqeyini xeyli gücləndirəcək
Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Hər iki ölkədə prezident seçilən dövlət başçısının birinci olaraq qardaş respublikaya getməsi ənənəvi hal alıb. Bu da iki ölkənin qardaş münasibətlərinin əyani sübutudur. Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır. Münasibətlər strateji ortaqlıq anlayışını tam mənası ilə daşıyır.
Son 25 ildə iki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının bir göstəricisidir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi içərisində, sülh yolu ilə həllinə səy göstərir. Bu çərçivədə ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq cəhdlərini əsirgəmir. Bundan başqa, enerji mövzusu da iki ölkə arasında əhəmiyyət daşıyan məsələlərdən biridir. Qlobal layihələrin icrası Azərbaycan və Türkiyənin mövqeyi və bölgədəki strateji əhəmiyyətini daha da artırıb. Ötən gün liderlərin görüşündə bir daha bəyan edilib ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmaz və əbədidir. Vurğulanıb ki, birgə layihələr nəinki region, ümumilikdə Avrasiya üçün böyük əhəmiyyət daşıyır və regional sabitliyə böyük töhfə verir.
Milli Məclisin sədri Oqtay Əsədov "Anadolu” agentliyinə açıqlamasında bildirib ki, etibarlı strateji tərəfdaş olan Türkiyə ilə əlaqələri gücləndirmək və genişləndirmək Azərbaycanın xarici siyasətinin mühüm elementidir: "Birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP, Cənub Qaz Dəhlizi kimi ortaq layihələrimiz regionun əhəmiyyətini artırır, sülh və inkişafa xidmət edir. BTQ dəmir yolu Avropa və Asiyanı birləşdirməyin ən rahat və qısa yoludur. İnanıram ki, bu dəmir yolu xəttinin istifadəsi xalqlarımızın və ölkələrimizin rifahının daha da yüksəlməsinə, tranzit imkanlarının artmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək”. Spiker iki ölkə arasında ticarət həcminin 5 milyard dolları aşdığını vurğulayıb.
Qardaş ölkələr arasındakı güclü əlaqələri şərh edən Beynəlxalq "Vizyon” Universitetinin prorektoru, politoloq Hasan Oktay bildirib ki, Türkiyədə 24 iyunda keçirilmiş seçkidən sonra yeni dövlət idarəetmə sistemi dövriyyəyə girib. Prezidentliyin yeni idarəetmə sistemi olduğu və baş nazir vəzifəsinin ləğv edildiyi yeni sistemdə Türkiyə daxili və xarici siyasət sahəsində olduqca aktiv fəaliyyət göstərəcək: "Bu mənada, Türkiyənin xarici siyasətdə daha çox önəm verdiyi iki ölkə var: - qardaş Azərbaycan və KKTC.
Ərdoğanın andiçmə törənini bitirər-bitirməz Bakıya səfər eləməsi Azərbaycan üçün çox vacibdir. Çünki Türkiyənin dəstəyini almış Azərbaycan və Kipr beynəlxalq sistemdə və regional siyasi münasibətlərdə mövqelərini xeyli gücləndirəcəklər. Türkiyənin Azərbaycana daha çox diqqət ayırması və bu dəstəyini mütəmadi şəkildə artıraraq, davam etdirməsi yaxın gələcəkdə Türkiyənin yürüdəcəyi xarici siyasətin ip uclarını aşkara çıxarır. Yəni bu o deməkdir ki, Azərbaycan və Kıbrıs hər zaman Türkiyə üçün çox vacib maraq dairəsidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm