Ermənilər Ağdamın kəndini yandırdı




Ermənilər Ağdamın işğal altında olan ərazilərinə növbəti dəfə od vurub. 

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin hərbçiləri rayonun Baş Qərvənd kəndinə od vurub.

Məlumata görə, alov kənddəki ağacların və tiklilərin yanmasına səbəb olub.
Kəndin yanması cəbhəyanı kəndlərdən açıq-aydın müşahidə olunur.