Ermənilər törətdikləri cinayətlərin hüquqi cavabını alacaqlar
20:42 16.05.2016
Arxiv
1353
Müzəffər Baxış: “Bunun üçün də Avropa İnsan Hüquqları Məhkəməsinin imkanlarından istifadə etmək olar”
Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov Ermənistanın təcavüzü nəticəsində törədilən cinayətlərlə bağlı Cinayət Məcəlləsində müvafiq maddələrin olmadığını deyib.
Onun sözlərinə görə, bu cinayətlər beynəlxalq cinayətlərdir və Cinayət Məcəlləmizə bununla bağlı maddələr əlavə edilməlidir. Bütün zərər çəkən şəxslər Avropa Məhkəməsinə müraciət etməlidirlər. Digər tərəfdən, Avropa Konvensiyasına görə ölən şəxslər üzərində təhqiramiz hərəkətlərə yol vermək olmaz. Buna görə də həmin şəxslərin yaxın qohumları Avropa Məhkəməsinə müraciət etməlidirlər. Xarici işlər nazirinin müavini Xələf Xələfov isə təcavüz faktına görə cinayət işinin başlanması ilə bağlı müddəanın Cinayət Məcəlləsində əksini tapmasını da zəruri saydığını deyib.
Hüquqşünas Müzəffər Baxış isə deyib ki, Ermənistanın təcavüzü nəticəsində törədilən cinayətlərlə bağlı onların məsuliyyətə cəlb olunması məsələsində problem olsa da, qanunvericilikdə bu amil öz əksini tapıb: "Konkret olaraq, ermənilərin törətdiyi əməllərə görə, Cinayət Məcəlləsində cinayət məsuliyyəti nəzərdə tutulub. Məcəllənin 116-cı maddəsində silahlı münaqişə zamanı beynəlxalq hüquq normalarını pozmaya görə cinayət məsuliyyəti var. Həmin normada dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb olan obyektlərə və müdafiə olunmayan yaşayış məntəqələrinə əhəmiyyətli ziyan vura bilən qurğularla hücum etmə hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etməyə görə, həbs cəzası var. Ermənilər həmçinin Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə qadağan olunmuş silahların müharibədə tətbiqi ilə bağlı qaydanı pozublar. Düşmən faktiki olaraq, mühüm dağıntılara səbəb olan müharibə üsullarının hamısından qanunsuz olaraq istifadə edib. Hansı ki, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən bu halda cinayətkarlar on ildən iyirmi ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma problem odur ki, biz bu maddələrin icrasını həyata keçirə bilmirik. Faktlar üzrə cinayət işi başlansa da, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin edə bilmirik. Bunun üçün də Avropa İnsan Hüquqları Məhkəməsinin imkanlarından istifadə etmək olar. Bir məsələ də var ki, Çıraqovlar ailəsinin işi ilə bağlı Avropa Məhkəməsi onların lehinə qərar çıxarmasına rəğmən yenə də qərarların icrası problem yaradır. Çünki Avropa İnsan Hüquqları Məhkəməsi siyasi mövqedən çıxış edir, bizim xeyrimizə bir qərar çıxaranda, birini də ermənilərin lehinə çıxardır”.
İstənilən halda erməni vandalizmi əleyhinə cinayət işlərinin başlanmasını zəruri hesab edən hüquqşünas hesab edir ki, insanlıq əleyhinə törədilən cinayətlərə görə, cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq olunmadığı üçün gələcəkdə həmin şəxslərin cəzalandırılması tələbimiz təmin edilə bilər: "Hazırkı şəraitdə Azərbaycan və Ermənistan arasında müharibə elan olunmadığı üçün müvafiq maddələrin icrası mümkün olmur. Hansı ki, aprel döyüşlərində Ermənistanın atdığı bütün addımlar 116-cı maddədə təsbit olunub. Faktiki olaraq da iki ölkə arasında müharibə gedir. Amma bu müharibə elan olunmamış silahlı münaqişə hesab olunduğu üçün müvafiq maddə tətbiq olunmur. Hesab edirəm ki, Azərbaycan öz imkanlarından istifadə edib, ölkəmizə qarşı cinayət törədən şəxsləri oğurlayıb, Azərbaycana gətirərək məsuliyyətə cəlb edə bilər. Bu addım beynəlxalq qalmaqallara səbəb olsa da, bizim haqqımızdır. Türkiyə təcrübəsində də belə bir hal olub. Abdulla Öcalanı Türkiyənin xüsusi xidmət orqanları Keniyadan oğurlayıb gətirdilər və həbs etdilər. Sabiq Ermənistan Prezidenti Robert Köçəryanın Azərbaycana qarşı çoxlu sayda cinayət işləri törətdiyi hər kəsə məlumdur. Əlimizdə kifayət qədər dəlillər də var. Eyni zamanda, onun hazırda Moskvada yaşadığını da bilirik. Əlimizdə olan imkanlardan istifadə edib onu Bakıya gətirib, həbs etmək olar. Amma nədənsə, bu istiqamətdə heç bir təşəbbüs göstərilmir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media