
Ermənilərin silahlı hücumu: Ağır yaralanan azərbaycanlı gənclərin kimliyi məlum olub
07:02 17.05.2016
Arxiv
590

Ukraynanın Lvov şəhərində ermənilərin silahlı hücumuna məruz qalaraq ağır yaralanan 6 azərbaycanlı gəncin adı məlum olub.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, ermənilərin hücumu nəticəsində konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov, onun qardaşı Rəcəb Məhərrəmov, Ruslan Məmmədov, İlqar Məhərrəmov, Rəşad Məmmədov və Vüsal Cəlalov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Onlar hazırda Lvovdakı xəstəxanalardan birində müalicə olunurlar. Yaralılardan 4-ü baş nahiyəsindən xəsarət alıb, vəziyyətləri ağır olaraq qalır.
Qeyd edək ki, ötən gün Lvovda bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.
Şəhriyar Məhərrəmov və qardaşı Rəcəb Məhərrəmova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər.
Onlar 3 gün əvvəl Lvovda keçirilən uşu-sando üzrə yarışda separatçı "Dağlıq Qarabağ”ın bayrağının qaldırılmasına görə ermənilərin döyülməsi ilə nəticələnin kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər.
Hadisə zamanı M. Rəcəbov ermənilərin əlindən xilas olaraq digər azərbaycanlıların olduğu digər dükana keçib və oradakı azərbaycanlıların işə qarışması ilə dava kütləvi hal alıb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və azərbaycanlı gənclərə xəsarət yetirərək qaçıblar.
Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır.
Davada iştirak edən ermənilər barəsində axtarış elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media