
Ermənilərin ümidi cinsi azlıqlara və siyasi dəllallara qalıb
16:47 31.10.2018
Arxiv
708
"Ermənilərin yalançı təbliğatları ifşa olunub. Karapetyan da məcburdur, təbliğatı bu cür üzdəniraqların hesabına aparsın"
Erməni mətbuatında yer alan xəbərə görə, qondarma "Dağlıq Qarabağ Respubublikasına” Belçika parlamentinin üzvü Jan Jak Flaonun səfər edib. Düşmən KİV yazır ki, guya ki, bu səfər "Avropdan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması”dır. Əslində isə bu kimi xülyaçı və hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil. İstər erməni lobbisinin nünayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur.
Karampetyanın qondarma separatçı rejimin təbliği üçün Avropa siyasətçilərini, daha doğrusu sağlam düşüncəli Avropalı siyasətçilərini bu əraziyə aparmaq səyləri hər dəfə Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir. Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparmışdı. İndi isə o, homoseksual evlilik qurmuş ilk Belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir. Maraqlıdır, növbədə daha hansı "nüfuzlu” Avropa siyasətçisi var?
Karampetyan kimilərinin əlacsız səyləri, əslində dövlətlərin "biz, Dağlıq Qarabağ Respublikası adlı qurumu tanımırıq” kimi birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi və daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərait yaradır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Belçika parlamentinin deputatı Jan-Jak Flaunun adının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq. Onun sözlərinə görə, hazırda Jan-Jak Flaunun Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq Jan Jak Flaun ilə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən digər şəxslər də "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.

Millət vəkili Tahir Kərimli "Sherg.az”a bildirib ki, erməni lobbisi əlacsızlıqdan artıq cinsi azlıq nümayəndələrindən istifadə etməklə təbliğat qurur:
"Çünki artıq düşmənə inam yoxdur. Dünyada yalançı təbliğatları ifşa olunmuş haldadırlar. Karapetyan da məcbur olub, təbliğatı bu cür üzdəniraqların hesabına aparmağa cəhd edir. Avropadakı və dünyadakı ciddi siyasətçilər heç zaman separatçı rejimə dəstək verməyiblər. Ciddi siyasət adamları ermənilərin nə olduğunu dərk edirlər. Onların uydurma iddialarına inam yoxdur. Dediyim kimi, bu inamsızlığı görüb, həyasızcasına qeyri-ciddi insanlardan özlərinə dəstək qazanmağa çalışırlar. Bütün dünyaya özlərini biabır etməkdədirlər”. Millət vəkili qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarına icazəsiz səfər edənlər, ciddi cəzalandırılmalıdırlar: "Onlar Azərbaycan qanunvericiliyinə uyğun cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya