"Ermənistan danışıqların uzadılmasında maraqlıdır" - Prezident - YENİLƏNİB
09:51 08.09.2017
Arxiv
284
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib.
"Sherg.az"azərtac-a istinadən xəbər ki, ATƏT-in Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun Azərbaycandakı nümayəndəsinin bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğuladı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin də çox fəal işlədiyini, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü qeyd etdi. ATƏT Parlament Assambleyasının sədri vəzifəsində Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən qonaq Prezident İlham Əliyevin təhsil müəssisələrinə göstərdiyi diqqətə toxunaraq məktəb və təhsillə bağlı məsələlərin ölkə üçün ən vacib məsələlər sırasında olduğunu qeyd etdi, ölkəmizdə bu istiqamətdə çox işlərin görülməsinin, o cümlədən yeni məktəblərin tikilməsinin önəmini vurğuladı.
Azərbaycanda son vaxtlarda irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr barədə danışan Prezident İlham Əliyev bunun, eyni zamanda, beynəlxalq əməkdaşlığa da töhfə verdiyini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrildiyini vurğulayaraq Azərbaycanda vaxtaşırı olaraq müxtəlif beynəlxalq təşkilatların iştirakı ilə böyük tədbirlərin keçirildiyini bildirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycanın bu münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmədiyini, Ermənistan tərəfinin isə danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu dedi.
Dövlətimizin başçısı təhsil məsələlərindən danışaraq bunun uşaqlar və gənclərin inkişafı üçün mühüm amil olduğunu dedi. Hər yeni dərs ili ərəfəsində Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərlə yaxından tanış olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanda təhsilin keyfiyyətinin də getdikcə artdığını, bu sahənin ölkəmizin prioritetləri sırasında yer aldığını vurğuladı, müstəqillik illəri ərzində respublikamızda əhalinin savadlılığını 100 faizə yaxın səviyyədə saxlamağa nail olduğumuzu məmnunluqla qeyd etdi.
Azərbaycan Prezidenti ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin ölkəmizə səfərinin uğurlu və səmərəli olacağına əminliyini ifadə etdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
10:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib. Lent.az xəbər verir ki, bu barədə AzərTAc məlumat yayıb. Görüşdə bir sıra məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual