
"Ermənistan ordusunun gücü yoxdur ki, Azərbaycana təzyiq göstərsin" - EKSPERT
14:10 29.08.2017
Arxiv
858
"Ermənistan həmişə provokasiyalarla, problem yaratmaqla, Azərbaycan ərazilərinə hücumlar etməklə gündəmdə qalmaq istəyir”.
Bunu "Sherg.az”a Ermənistan silah qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağda, cəbhənin mərkəzində əlavə qüvvələrlə güclənməsinə dair sosial şəbəkələrdə yerləşdirilən qeyri-rəsmi məlumatlara münasibət bildirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, erməni rəhbərliyi insanların diqqətini daxili problemlərdən, sosial məsələlərdən yayındırmaq məqsədilə bu cür addımlar atır:
"Amma Ermənistan ordusunun gücü yoxdur ki, Azərbaycana təzyiq göstərsin. Hər gün provokasiyalara əl atırlar və cavabını ikiqat alırlar. Ona görə, düşmənin belə hazırlığa malik olduğuna inanmıram.
Onlar son vaxtlar erməni ordusundakı konfliktləri, mənəvi-psixoloji durumu gündəmə gətirməkdən çəkinirlər. Ermənistan rəhbərliyi nə qədər gizlətməyə çalışsa da orduda problemlər qalmaqdadır. Məcburi şəkildə orduya insanları cəlb edir, xarici ölkələrdən muzdlular gətirirlər. Ordudakı ölüm hadisələrini ciddi şəkildə gizlədirlər. Xarici vətəndaşlar olur ki, orduda xidmət edən zaman pul verməmək üçün ermənilər onları qətlə yetirirlər. Həmin muzdlulardan istifadə etdikdən sonra izi gizlətmək üçün onları məhv edirlər.

Bütün bunlara rəğmən Ermənistanın Azərbaycana hücum edəcək gücə malik deyil. Dövlətimizə qarşı istənilən təxribatı ordumuz layiqincə cavablaya bilər. Belə provokasiya xarakterli məlumatlar Azərbaycan ordusuna və xalqa psixoloji təsir göstərmək istəyirlər. Ona görə, ruhdan düşmək lazım deyil. Xalqımız odumuza arxayın olmalıdır. Düşməni ancaq birliyimiz, gücümüzlə məhv edə bilərik”.
Qeyd edək ki, təxminlərə görə, ötən ilin aprel döyüşlərinin qisasını almağa çalışan ermənilər Azərbaycan ordusunun mövqelərinə hücum əməliyyatlarına hazırlaşır. Havaların getdikcə nisbətən sərinləşməsi isə buna əlverişli şərait yaradır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq