Ermənistanda məhbuslar kütləvi şəkildə qaçışa cəhd ediblər





Ermənistanın "Nubaraşen” penitensiar müəssisəsindən məhbuslar kütləvi qaçışa cəhd ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

"25 aprel 15:00 radələrində gəzinti zamanı məhbuslar "Nubaraşen”dən qaçmağa cəhd göstəriblər. Lakin müəssisənin əməkdaşları tərəfindən bu planın qarşısı alınıb", - məlumatda bildirilib.

Məlumata görə, məhbuslar 6 kameranı açmağa müəvəffəq olsalar da, bunu tam başa çatdıra bilməyiblər.

Prokurorluq eyni zamanda əlavə edib ki, hazırda Ermənistanda gərgin vəziyyət fonunda cinayətkarlıq hallarının artması müşahidə oluna bilər.