Ermənistanın baş naziri ölkədəki korrupsiyanın miqyasından şok oldub
18:50 20.07.2018
Arxiv
422
Korrupsiya haqqında gündəlik məlumatlar məni şok edir. APA-nın "Sputnik Armeniya”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Erməni cəmiyyətində həmişə bəlli problemlərdən danışılır, amma elə də aşkar olmayan, lakin əhəmiyyəti heç də az olmayan məsələlərə çox az diqqət yetirilir. Mən təəccüb edirəm. Əvvəllər mən çalışırdım sərt tənqidlərə, qabartmalara yol verməyim, lakin bu gün ölkədəki korrupsiyanın miqyasından şokdayam. Bu ağlasığmaz dərəcədədir”, - deyə Nikol Paşinyan qeyd edib.
N.Paşinyanın sözlərinə görə, korrupsiyaya dair ən sərt çıxışı ölkədəki korrupsiyanın real miqyası ilə müqayisədə gülüncdür.
Ermənistanın baş naziri ölkədəki çoxsaylı problemlərdən təəccüblənməkdə davam etdiyini bildirib.
"Belə düşünürəm ki, mən hələ dörd ay ərzində hər gün nəyəsə təəccüblənməkdə davam edəcəyəm. Mənə hər gün elə məlumatlar təqdim edirlər ki, faktlar - sübut №1, №2, №3 və s. açıqlanmayanadək, onlara heç inanmağım gəlmir”, - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, vəziyyət o qədər acınacaqlıdır ki, əsəblər tap gətirmir: "Mən gün ərzində bu qədər neqativ məlumatların fonunda təmkinli qalmaqda çətinlik çəkirəm və məruzə edəndən çıxışını dayandırmağı xahiş edirəm. Mən dözməyərək, məruzəçiyə "dur, bəsdir, daha dinləmək istəmirəm, bu günə kifayətdir, sağ olun, uğurlar, gedin bunları başqasına danışın” deməyə məcbur oluram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə