"Ermənistanın yeni hakimiyyəti çox ciddi düşünməlidir, əks halda..." - Deputat
12:29 26.12.2018
Arxiv
543
"Prezident İlham Əliyevin "Rossiya-24” telekanalına müsahibəsində münaqişənin həlli ilə bağlı dedikləri çox dəqiqliklə söylənilmiş ifadələrdir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Deputat bildirib ki, Ermənistanın özünü xilas etməsinin sadəcə bir yolu var:
"İrəvan hökuməti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi danışıqlar aparmalı, real addımlar atmalıdır. Əks halda Ermənistan müstəqilliyini və dövlətçiliyini itirmiş bir hərbi əraziyə çevriləcək.
Mənə elə gəlir ki, artıq Ermənistanın yeni hakimiyyəti çox ciddi düşünməlidir. Əgər onlar inkişafa nail olmaq istəyirlərsə, normal bir dövlət olmağı düşünürlərsə, mütləq mənada sülhə getməli, torpaqları qaytarmalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev "Rossiya-24” telekanalına müsahibəsində deyib ki, "biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır”. Dövlət başçısının sözlərinə görə, aparılan siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib: "Mən qəti əminəm ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur. Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə