Əsgərlər “Açıq qapı”ya qaçar
09:53 30.08.2017
Arxiv
630
Əsas məqam odur ki, belə görüşlərdə ictimaiyyətin müxtəlif təbəqələri ilə yanaşı, əsgər valideynləri də iştirak edirlər
Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü təşkil olunacaq.
Həmin gün ziyarətçilər, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış-məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Bütün hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək. Son iki ildir həyata keçirilən müsbət təşəbbüslə bağlı "Şərq”ə açıqlama verən hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib ki, Müdafiə Nazirliyi tərəfindən reallaşdırılan "Açıq qapı” ideyası olduqca təqdirəlayiqdir. Ekspertin sözlərinə görə, keçmiş rəhbərlik dövründə əsgər valideynləri və ictimaiyyət nümayəndələri bu məsələni dəfələrlə gündəmə gətiriblər. Tələb ediblər ki, hərbi hissələrə giriş imkanları məhdudlaşdırılmasın: "Əvvəlki dövrdə ordu ictimaiyyət üçün qapalı idi. Bu da çox ciddi problem yaradırdı. Xatırlayıram, o vaxt jurnalistlərin hərbi hissələrə getməsi böyük bir hadisə kimi qiymətləndirilirdi. 10 il bundan əvvəl bir qrup hərbiçi-jurnalistlər, o cümlədən mən cəbhə bölgəsində yerləşən hərbi hissələrə baş çəkdik. Əsgərlərin yataq və yemək şəraiti ilə tanış olduq. Bu hadisə mediada günlərlə müzakirə edildi. Müdafiə Nazirliyinin rəhbərliyi dəyişəndən sonra həmin məsələ yenidən gündəmə gəldi və konkret addımlar atıldı”. Ekspert bildirib ki, əsas məqam odur ki, belə görüşlərdə ictimaiyyətin müxtəlif təbəqələri ilə yanaşı, əsgər valideynləri də iştirak edirlər: "Övladlarının xidmət keçdiyi yer, oranın yemək-içməyi hər zaman valideynlər üçün maraqlı olur. Narahatlığı nəzərə alan nazirlik "Açıq qapı” günləri elan etdi və proses zamanla kütləvi hal aldı. Artıq xüsusi tarixi günlərdə, dini və milli bayramlarda valideynlər və ictimaiyyət nümayəndələri rahat şəkildə hərbi hissələrə daxil olur və bununla hərbi hissələrdəki şəraiti öz gözləri ilə görürlər. Fikrimcə, bu tendensiya orduya ictimai nəzarət funksiyasını formalaşdırır və valideynlərdə rahatlıq yaradır. Media da fürsətdən istifadə edərək hərbi hissələrə baş çəkməli, hərbiçilərlə görüşməli, mövcud vəziyyəti KİV-də işıqlandırmalıdır. Mən bu addımı alqışlayıram”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq