Siyasiləşmiş mafioz qruplaşma ilə Avropa ölkələri ciddi tədbir görməlidirlər
Son zamanlar erməni etnik qrupuna məxsus müxtəlif adamların saxtakarlıq nəticəsində cinayətlə məşğul olduqlarına dair xəbərlər yayılır. Almaniyada da ermənilərin də bu ölkədə böyük fırıldağının üstü açılıb. Ölkənin telekanal və saytlarında Almaniyadakı erməni mafiya şəbəkəsinin idman mərclərinin manipulyasiyası yolu ilə gəlir əldə etməsi barədə xəbərlər verilir. Qeyd edilir ki, erməni mafiyası mütəşəkkil cinayətkarlığın ən qorxunc və ən təhlükəli qruplaşmalarından hesab olunmaqla yanaşı, bu şəbəkə bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir. Məqalədə vurğulanır ki, bu cinayətkar şəbəkə futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə edir.
Ermənilərlə bağlı dərc olunmuş məqalələrə münasibət bildirən politoloq Sədrəddin Soltan deyib ki, polis erməni mafiyasının bu fəaliyyəti ilə əlaqədar cari ilin iyun ayında Brüsseldə əməliyyat keçirib və 21 mənzildə axtarış aparıb. Nəticədə oyunları mərcə çıxarılan Belçika tennisçilərinə məğlub olmaq üçün rüşvət verildiyi faktı aşkarlanıb:
"Həmin mərclərin manipulyasiyasına görə 13 şəxs həbs edilib, 6 erməniyə qarşı ittiham irəli sürülmüşdü. "ARD”-nin mafiyadakı anonim mənbəyinin məlumatına görə, Almaniyadakı erməni mafiyası Belçikadakı erməni mafiyası ilə idman mərclərinə dair məlumat mübadiləsi edir. Belçikadakı polis əməliyyatından sonra izi itirmək məqsədilə bu əlaqələrə bir müddət son qoyulub, amma bir neçə aydan sonra şəbəkənin fəaliyyəti tam bərpa olunub. Yeri gəlmişkən, Almaniyadakı erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın adı hallanır.
Araşdırmada qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları Almaniyada "qanuni oğrular"ın başçılıq etdiyi erməni mafiyasına himayədarlıq edib. Oxşar polis əməliyyatları və axtarışlar Almaniya, ABŞ, Fransa, Bolqarıstan, Slovakiya və Niderlandda da həyata keçirilib. Dekabrın əvvəlində isə İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda 3 universitetdə verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb.
Onların diplomlarının saxta olduğu müəyyən edilib. İsrail parlamentində təhsil problemlərinin müzakirəsi zamanı Ermənistanda saxta diplom alan "həkimlər"in İsrailin səhiyyə sistemi üçün təhlükə törətdikləri vurğulanıb. Bu fakt sübut edir ki, bu etnosun təmsilçiləri saxtakarlığı ilə İsrail dövlətinin vətəndaşlarının sağlamlığına ziyan vurmaqla məşğul olublar. Səhiyyə sahəsi bir dövlətin milli təhlükəsizliyinin başlıca tərkib hissəsidir.
Onda belə çıxır ki, Ermənistanda verilən diplomlar İsrailin təhlükəsizliyini hədəfə alıb. İsraildə bu diplomları "Qətl lisenziyası” da adlandırırlar”.
Analitik bildirib ki, cari ilin iyununda İspaniya polisinin "erməni mafiyası” adlı cinayətkar qruplaşmaya qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 6-sı "qanuni oğru” olmaqla 142 erməni etnik qrupunun nümayəndəsi tutulub: "Müəyyən edilib ki, erməni mənşəli cinayətkar qruplaşma narkotik maddələrin qanunsuz dövriyyəsi, silah alveri, tənbəki qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah ticarəti zamanı korrupsiya və Avropada törədilən başqa cinayətlərlə əlaqəlidir. Əməliyyat İspaniyanın Barselona, Madrid, Valensiya, Alikant, Albaset və başqa şəhərlərində keçirilib. Məlumata görə, bu cinayətkar qruplaşmanın üzvləri Ermənistan əsillidir. Onların ABŞ, Fransa, Belçika, İtaliya və Litvada şübhəli əlaqələri var.
Bundan əlavə, cari ilin avqustunda erməni mənşəli kinoprodüser Stepan Martirosyan Rusiya hüquq-mühafizə orqanları tərəfindən dələduzluqda ittiham edilmişdi. Onun 50 milyon dolları qanunsuz mənimsədiyi məlum olub. Beləliklə, erməni etnosuna məxsus cinayətkar qruplaşma əldə etdiyi böyük maliyyə resurslarını Almaniya da daxil olmaqla Avropa ölkələrində, Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında siyasətçilərin ələ alınmasına, onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin təşkilinə, Avropa ölkələrinin mətbuat orqanlarında Azərbaycana qarşı kampaniyaların aparılması kimi çirkin işlərə də sərf edir. Əslində, erməni mafiyası erməni lobbisidir. O, yetərincə siyasiləşmiş radikal təşkilatdır”.
İsmayıl