ETİRAZ: "Müəllim adını hər kəsə deməyin !" - AYIBDIR

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil mütəxəsisi Kamran Əsədov  hər kəsə "müəllim" deyə müraciət edilməsinə etiraz edib. 
"Sherg.az" xəbər verir ki, bu barədə K.Əsədov öz feysbuk səhifəsində yazıb. O sözügedsən məsəlkə ilə bağlı şahidi olduğu bi faktı ərz edib: 
"Bu gün müəllim gündür. Bu o deməkdir ki, bu gün elm öyrədən, təhsil verənlərin bayramı deyil. Bu gün rəhbərinə, rəisinə, müdirinə müəllim deyənlərin bayramıdır. Taksi sürücüsü, bazar satıcısına müəllim deyə müraciət ediriksə, o zaman onların bayramıdır".
K.Əsədov bu məsələ ilə bağlı şahidi olduğu bir faktı ərz edib: 
"Deməli, keçən gün məşhur super marketlərdən birində idim.
Satıcı xanımlar administratorlarına (müdirləri) müəllim deyə müraciət edir, onunla danışanda utanır, başlarını aşağı salıb cavab verirdilər. Yəni bildiyiniz ideal şagird - müəllim münasibəti.
Marketin suvenir satılan hissəsindən 15 manata hədiyyə alıb o müəllimə hədiyyə etdim. Dedim ki, sabahkı bayramın mübarək. Sabah Azərbaycan - Çexiya futbol oyununa baxmağa gedəcəm stadiona, birdən gələ bilmərəm, ayıb olmasın sizin kimi müəllimə. Oğlan (müəllim) əvvəlcə şok effekti aldı, amma sonra başa düşdü. 
Soruşdum ki, nə müəllimsiz? Məlum oldu ki, heç orta məktəbi tam oxumayıb. Xaiş etdim ki, özünüzə yeni müraciət firması tapın, ayıbdır. Deməyim odur, müəllim adını hər kəsə müraciət forması kimi istifadə etməyin. Bu nə qədər belə olacaq , müəllimin nüfuzu olmayacaq. Amma həqiqətən də, bu ada, peşəyə laiq olanlar var. Onları təbrik edirəm".
Ayyət Əhməd