Evdə müalicə alan koronavirus xəstələri sağaldıqlarını necə bilməlidir? - AÇIQLAMA
11:11 09.07.2020
Arxiv
693
Son günlər COVID-19 test nəticəsi müsbət olan, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşların evdə müalicə alması ilə bağlı məqam geniş müzakirə edilir.
Oxu.Az xəbər verir ki, vətəndaşları evdə müalicə zamanı prosedur qaydalarının ardıcıllığı maraqlandırır.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova öz çıxışında COVID-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesinə aydınlıq gətirib.
O bildirib ki, yoluxma şübhəsi yarandıqda ilk addım telefon vasitəsilə ərazi üzrə poliklinikaya müraciət etməkdir:
“Bundan sonra sahə həkimi həmin şəxslə sorğu-sual əsnasında onun vəziyyətini dəyərləndirəcək. Yalnız bu həkimin qərarı əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir.
Götürülən testin cavabı 1-3 gün ərzində SMS vasitəsilə vətəndaşa göndərilir. Bu müddət ərzində COVID-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir.
Test nəticəsi müsbət olduğu təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar.
Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və “Parasetamol” kimi preparatlar daxildir. Adıçəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.
Sahə həkimləri tərəfindən evdə müalicə alan COVID-19 xəstələrinin vəziyyəti 14 gün ərzində gündəlik olaraq müşahidə edilir. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir.
Eyni zamanda, xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma “103” qısa nömrə vasitəsilə müraciət etməlidirlər”.
Cavabsız qalan suallardan biri isə evdə müalicə alan COVID-19 xəstəsinin müalicədən sonra sağalıb-sağalmadığını necə bilməsidir. Bəzi vətəndaşlar təyin edilən müalicələr bitdikdən sonra onlardan yenidən analiz götürülmədiyini və ya bu prosesin gecikdirildiyini deyirlər.
Vətəndaşların sözlərinə görə, təcili tibbi yardım evdə müalicə alan xəstələrdən yenidən test nümunəsi götürməkdən imtina edir, paytaxt üzrə poliklinikalar isə xüsusi geyimlərinin olmaması səbəbindən onların yaşadıqları ünvanlara yaxınlaşa bilmədikləri deyiblər.
Bildiyimiz kimi, COVID-19 diaqnozu təsdiq edilən xəstələrin müalicə müddətində yaşayış yerini tərk etməsi qanun pozuntusu kimi qiymətləndirilir və qanunvericiliyin tələbinə uyğun olaraq həmin şəxs və ya şəxslər məsuliyyətə cəlb edilirlər.
Onlar xəstəlikdən sağalıb-sağalmadıqlarını necə bilməlidirlər?
Oxu.Az-ın sualını İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov cavablandırıb.
O bildirib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) üzərinə düşən yükün azaldılması məqsədilə ilkin səhiyyə xidməti olan poliklinikaların COVID-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərilməsi üçün müvafiq təlimatlar verilib:
“Evdə müalicə alan COVID-19 xəstələrinin vəziyyəti, onlara təyin edilən müalicənin gedişatı poliklinika həkimləri tərəfindən telefon vasitəsilə müşahidə ediləcək. Xəstəliyin inkubasiya dövrü, adətən, 17-21 gün təşkil edir. Əlavə olaraq digər ölkələrdə də tətbiq edilən optimal variant kimi xəstəlik müddətindən əlavə minimum növbəti üç gün ərzində xəstədə heç bir simptom olmamalıdır.
Bundan sonra poliklinika tərəfindən həmin xəstənin təkrar müayinəsi həyata keçirilir. Poliklinika tərəfindən xəstənin yaşadığı ünvana həkim göndərilir və yenidən test götürülür. Test nəticələri mənfi (neqativ) çıxdıqdan sonra həmin xəstənin xəstəlik kağızı bağlanır və arayış verilir ki, həmin şəxs bu gün üçün PCR testinin nəticəsinə görə virusdan sağalıb.
Onu da qeyd edim ki, bu gün Bakıda 87-dən çox poliklinika var və onlardan yalnız 39-u bu proseduru həyata keçirir. Çünki bir neçə poliklinika bir məntəqəyə baxır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya