Evimdə bir şüşə xatirən qalıb





"Sherg.az" tanınmış şair Taleh Mansurun  "Yeddi payız yarpağı" şeirini təqdim edir 











Mənim yaralarım dərindən dərin,
Toxunsan əllərin boğular indi.
Bulud ol başıma yağ sərin-sərin
Yaram da tezbazar sağalar indi.

Nə məni evimdən didərgin salan
Nə də ki evimə gətirən qalıb.
Ay mənim ağlımı başımdan alan,
Evimdə bir şüşə xatirən qalıb.

Canıma təpər ver, gözümə ışıq.
Açıb saçlarıını küləyə vermə.
Dərdini-sərini qəhər qarışıq,
Kəsib boğazından ürəyə vermə.

Sevdinmi bizim bu şeytan şəhəri?
Ay qəlbi cənnətdə bəzənən mələk.
Ayrılısın yolumuz bir yaz səhəri,
Bir payız axsamı üz-üzə gələk.

Əl vurma gecəyə əl vuran kimi,
Zülmətin üstünə ağ ləkən düşər.
Dərd çəkən dərdini unudan kimi,
Dərdlərin yadına dərd çəkən düşər.

Demirəm rahat ol, buz kimi saxla
Ürəyini isti saxla, deyirəm,
Min dəfə fikrində məni qucaqla,
Gəl məni bir dəfə yoxla deyirəm.

Səni yuxulardan oyatmaliyam
Mənli yuxulardan doy, çıxım gedim.
Çağıran Allahdı, qayıtmalıyam,
Yoluma bir öpüş qoy, çıxım gedib.