Sələfi Sülün Osmana əsl “rəqib” sayıla bilər
Eyfel qülləsini iki dəfə satdı
Yusif Nəzərli
12:56 19.07.2023
Arxiv
8438
Tarixin ən məşhur fırıldaqçısı titulunu qazanıb
Sələfi Sülün Osmana əsl “rəqib” sayıla bilər
Sələfi Sülün Osmana əsl “rəqib” sayıla bilər
Zəmanəsinin ən böyük fırıldaqçısı titulunu qazanmış Sülün Osmana rəqib sayıla biləcək, fırıldaqçılıqda hətta onu üstələyə bilən birisi də varmış. Bu, çexiyalı Viktor Lustigdir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən dünyaca ünlü fırıldaqçının həyat hekayəsini təqdim edir. Viktor Lastig hazırda Çexiya Respublikasının sərhədləri daxilində olan Hostinne qəsəbəsində 1890-cı ildə dünyaya gəlib.
Uşaq yaşlarından zəkalı olmasıyla seçilib. Viktor deyilənləri çox tez qavrayıb, dərslərini də əla oxuyub. Liseyi bitirdikdən sonra atası onu Parisə ali təhsil almağa göndərib. Lakin Viktor Parisdə təhsilə yox, qumara meyl etməyə başlayıb. Üstün zəkasını da qumar oyunları və insanları aldatmaq yoluyla gəlir əldə etməyə, fırıldaq işlərə sərf edib. Onun ilk qurbanları Fransa-ABŞ Transatlantik gəmiləri ilə səyahət edən varlı sərnişinlər olub. Viktor 25 yaşında 5 xarici dil bilib və bunun sayəsində müxtəlif ölkələrdə insanlarla “dil taparaq” onları asanlıqla tora sala bilib. Viktor əlaqə yaratdığı insanlara özünü fərqli adlarla təqdim edib və onu ələ keçirmək çətin olub. Viktor həyata keçirdiyi fırıldaqlara görə tarixin ən məşhur fırıldaqçısı titulunu qazanıb. Onun ən çox səs-küy yaradan fırıldaqlarından biri isə Parisin Eyfel qülləsini üst-üstə 2 dəfə satışa “çıxarması” olub. Onu dayandıran yalnız Birinci Dünya müharibəsi oldu.
Müharibə səbəbindən gəmi səfərləri ləğv edilib və Viktor da “işlərini” davam etdirmək üçün ABŞ-yə səfər edib. O, 1925-ci ilədək ABŞ-də yaşayıb, bu müddətdə banklar da daxil, bir çox insan fırıldaq gələrək aldadıb, pullarını ələ keçirib. Viktor Lastig buir neçə dəfə polis tərəfindən saxlanılıb, lakin hər dəfə yetərli dəlillər olmadığı üçün sərbəst buraxılıb. V.Lastig ABŞ-də yaşadığı müddətdə hətta məşhur mafiya başçısı Alkaponu da aldada bilib və onun 50 min dollarını ələ keçirib. 1925-ci ili başa vuran fırıldaqçı Fransaya qayıdıb. V.Lastig Parisdə nəşr olunan qəzetdə Eyfel qülləsinin baxımsız qalması, onun təmiri və saxlanmasına böyük həcmdə maliyyə gərəkdiyi haqda məlumatı oxuduqda beyninə “əla” ideya gəlir. O, Eyfel qülləsini satışa çıxarmağı planlaşdırır. Metallurgiya sahəsində çalışan iş adamlarına məktublar göndərir, onları məşvərət üçün hotelə dəvət edir. Məşvərət iclasında V.Lastig Eyfel qülləsinin söküləcəyini elan edib və metalların satışa çıxarıldığını deyib. Məşhur fırıldaqçı dövlət məmuru kimi danışıb və deyib ki, müharibədə maddi ziyana uğramış Fransa hökuməti yüksək məsrəf tələb edən Eyfel qülləsinə sahiblik etməkdə çətinlik çəkir. O, iclasdakıları inandıra bilib.
V.Lastig açıq auksion keçirib və Eyfel qülləsinin metal konstruksiyalarını 350 milyon dollar Andre Poisson isimli iş adamı alıb. Fırıldaqçının toruna düşdüyünü sonra bilən iş adamı etibarı zədələnməsin deyə səssiz qalmağı üstün tutub. “Cəsarətlənən” V.Lastig 2 ya sonra “Eyfel fırıldağı”nı yenə təkrarlamağa çalışıb. Lakin ABŞ kəşfiyyatı onun izinə düşüb. Məşhur fırıldaqçı 1935-ci ilədək fırıldaqçılığa davam edib, nəhayət, FTB tərəfindən saxlanılıb. Nyu-Yorkda baş tutan məhkəmədə V.Lastig 20 il həbs cəzasına məhkum edilib. O, həbsxanada 2 il keçirib, orada da vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol