"Facebook" böyük düşərgə yaratmaq istəyir




"Facebook" şirkəti yerləşdiyi bina da daxil olmaqla Kaliforniyadaki San Francisco vadisinin bir parçası olan, Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo!və s internet şəbəkələri ofisnin yerləşdirildiyi "Silicon Valley"də böyük düşərgə salmaq istəyir. 

Sherg.az"Lemonde.fr"ə istinadən xəbər verir ki, bu kənddə  həmin ərazidə yerləşən internet şirkətlərinin əməkdaşları üçün binalar, ticarət obyektləri və ictimai nəqliyyat da təsis olunacaq. Bundan başqa kampüsdə insanlar yaşamaq üçün zəruri olan obyektlərlə - ət dükanı, apteklər və digər məişət obyektləri ilə təchiz olunacaqlar. Məlumat görə, "Facebook" bu layihəsi 2021 ci ildə baş çatmalıdır. 

Qeyd edək ki, 2011-ci ildən etibarən "Facebook"un hazırkı ofisi keçmiş "SUN Mikrosystem" düşərgəsinin ərazisində yeləşir. Şirkət ətrafındakı qonşu əraziləri də alıb. 

Ayyət Əhməd