Fazil Qurbanov "Şöhrət" ordeni ilə təltif edildi




Azərbaycan Respublikasının Prezidenti Fazil Qurbanovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC bildirir ki, Fazil Qurbanov bu ordenlə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə təltif edilib.