Fəhlənin başına düşüb: Hadisənin detallar ortaya çıxıb





Biləsuvarda fəhlənin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı bəzi detallar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən günorta saatlarında rayonun Günəşli kəndində baş verib. Kənddə fəhləçiliklə məğul olan 1987-ci il təvəllüdlü Rövşən Yaqubov yarı tikilinin söküntüsü ilə məşğul olublar. Söküntü zamanı daş fəhlənin başına düşüb. O, özündən gedib. Ətrafdakı şəxslərin onu xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, Rövşən Yaqubov evli olub və azyaşlı övladı var.
****
Biləsuvarda bədbəxt hadisə baş verib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Biləsuvar rayonunun Günəşli kənd sakini Rövşən Yaqubov baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Araşdırmalarla onun Biləsuvar şəhərinin Zəhmət küçəsindəki köhnə tikilinin söküntüsü zamanı hündürlükdən yıxılması müəyyən edilib.