Fərhad Ağazadənin “Mətbuatın tarixi” əsəri

Akif Aşırlı





(Əvvəli ötən sayımızda)

Lakin əhalinin gözünü açmağa çalışan mühərrirlərin mətbəəsi zəbt və yerləri də uzaq cəzirələrdə olacaqdır. Napoleonun süqutu ilə Almaniya mətbuatı sıxıntılardan azad olub "pangermanizmi” yəni ittihadi-alman uğrunda ətraflı yazılara girişdi. Lakin Avstriyanın müstəbid vəziri Mətərixin tədbiri ilə Almaniya millətpərəstləri tutuldu. İttihad tərəfdarları olan qəzetələr bağlandı. Minlərcə alman tələbələri məhbəslərə atıldı.

Fransanın 1848-ci il inqilabi zühuru ilə Almaniya mətbuatı yenə baş qovzayıb (qaldırıb) məmləkətin islahını tələb etməyə başladı. Lakin bu vəqtlər Almaniya millətlərin avam və cahil bir zaman olduğundan hər kəs bildiyini yapırdı. Bir neçə şəxslərin sözləri əvamların dalğaları arasında batıb qaldığından bunların da qəzetələri bir il, bəzən də bir aydan artıq ömür sürməzdi. Alman millətçilərinin işlərindən bir şey hasil olmyırdı. Zira başıpozuq bir halda işləyirdilər. Bunları birləşdirmək üçün fəal bir şəxsin vücuduna ehtiyac vardı. Bu da doktor Fredrix Saylidən ibarət idi ki, ləyaqətli şəxsləri arayıb başına toplayaraq, "National Zeytunq” adlı bir qəzetə təsis etmişdir. Qəzetənin şüarı: "Müttəhid Almaniyanın milli bir dövləti olmalıdır ki, Şərqdən və Qərbdən ona heç kimin təcavüz etmək cürəti olmasın”.
Böylə bir məsləkli bir qəzetənin almanlar arasında hörməti gündən-günə artıb 11 min abunə ilə bu vaqtadək onu yaşatdıra bildi.
Koreya-ərzidə vaqe olan hadisatı kamali sürətlə qarelərinə bildirmək üçün Rovelf adlı bir şəxsin təşəbbüsü ilə "Rovelf” teleqraf ajansı təsis edilmişdir.

Bundan naşi (dolayı) qəzetənin sürətlə intişarını müşahidə etmiş sair qəzetələr də özlərimə məxsus ajansın təsisinə qərar verdilər. Belə ki, əvvəlcə "Röyter” və sonra da "Qafas” teleqraf agentlikləri təsis edilmişdir.
Almaniya mətbuatının ən sürətlə tərəqqisi 1850-ci ildən sonra başlamışdır. Bu beş ilin ərzində Almaniya mətbuatı o dərəcə yüksək dərəcələrə varmışdır ki, Avropa millətlərinin heç biri bunun rəqabətini çəkə bilməz. Almanların bu dərəcədə mədəniləşməsinə ən ümdə bais onun həqiqi ehtiyaclarına görə və göstərən mətbuatı olmuşdur.

Alman qəzetələrinin sayı-hesabı yoxdur. Darülfünunları olan şəhərləri kənarda qalsın, sair şəhərin və kəndlərinin də mütəhəddid (bir çox) qəzetələri vardır.

İsveçrənin mətbuatı: İsveçrə mətbuatı hamıdan qabaq istiqlaliyyətə nail olmuş, ayrılmışsa da müddətlərlə Almaniya mətbuatından istifadə etmişdir. Hətta sonrakı İsveçrə mətbuatı müddətlərlə almançılıq məsələsinə qullanılmışdır. Bunların birinci qəzetəsi 1610-cu ildə təsis edilmişdir. Qəzetənin bəzi xəbərləri hökumətin xoşuna getmədiyindən müdiri toqif (həbs) edilib, tamam bir gecə zindana atıldı. Həbs gecəsi biçarəyə bir çox məşəqqətli uqubətlər (işgəncələr) yapıldığı üçün daha bir də qəzetə nəşrinə cürət edəmədi. 70 il bu minval ilə məmləkət qəzetəsi qaldı ki, axırda bir kitab furuşun (kitabsatan) cürəti və cəsarəti ilə yeni bir qəzetəyə iqdam edildi. Bu dəfə hökumət də öz qəzetəsini çıxardaraq kitabfuruşun rəqabətini öldürdü. Böylə ki, hökumətin bu rəsmi qəzetəsindən başqalarına 1797-ci ilədək izn verilməzdi. Hökumət qəzetəsinin vəzifəsi qüvvətli dövlətlərə, papaslara dolaşmayıb əhalinin də halını gözəlcə bir halda tərif və tosif etmək idi. O vaxtın İsveçrə qəzetlərinə baxılırsa, qurd-qoyun ilə otlarmış.
Ehtiyac və yoxsulluqdan məmləkətdə xəbər verən yox imiş.1838-ci ilin hürriyyəti sayəsində İsveçrə qəzetələri sürətlə tərəqqi etməyə başladı. Bu gün orada 300-ə qədər qəzetə nəşr edilir ki, aralarında firəngcə və italyancalar da az deyildir.

İngiltərə mətbuatı Almaniya mətbuatından fərsəxlərcə geri qalmışdır. İngiltərə mətbuatı az bir müddətdən sonra onu yarıyolda qoyub keçmişdir. Bunun ümdə səbəbi İngiltərə mətbuatının erkən başlandığı hürriyyətidir.

Bu mətbuatın ingilislərin milli işlərinə böyük təsiri vardır. Sair hökumətlər kimi buranın rəsmi qəzetələri yoxdur. Fəqət, xüsusi əllərdə bulunan qəzetələrin əhali yanında hörmətləri pək yüksəkdir. Bu onun üçündür ki, əlahi ilə qəzetələrin arasında ən doğru və seyqi bir rabitə vardır. Mətbuatın hər bir vüquatı cüzi də olsa mətbuatdan gizli qala bilməz. Parlaman müzakirələrindən başlayaraq, küçə-bazar hadisələrinə qədər banların hamısı düzcəsinə mətbuatın səhifələrində göstərilir. Səhih məlumata malik bu qəzetələrin sayəsində əhali gələcəkdən xəbərdar olaraq törəyə biləcək bir hadisata qarşı tüdarük də yapırlar. Məlumatın səhihini surətlə bulub yazmaq İngiltərə mətbuatının birinci vəzifəsidir. Odur ki, bu məlumatı almaq üçün hökumət məmurlarına və polisəyə müraciət edilməz. Çünki böylə olan surətdə məmurların nüfuzu-siyasəti ilə bəzən həqiqətin kəşfi tamamən mümkün olmur.

Bir bu qədər hörmətə malik İngiltərə mətbuatı heyfən ki, əfkari-ümumiyyəyə tərbiyəçi bir rəhbərlik əvəzilə sadə bir nümayəndəlik ediyor. Zəlalətdə olsa yalnız əhalinin amalını göstərir. Odur ki, İngiltərə mətbuatının ən böyük xassəsi millətçilikdir. Bunun birinci məqsədi İngiltərənin hamıdan üstünlüyünü və əzəmətli olmağını göstərməkdir.

Bununla mətbuat bir dərəcəyə qədər məşğul olur ki, bəzən gülünc hallara düşərək həqiqətin ziddinə gedir. Bunların təsəvvürüncə meydanda ingilis mənafeyi bulunurkən sairələrin mənafeyi həqiqəti də olsa batildir. Məsələn, Sidni Oytman yazdığı "Le pausdu Cant” kitabında deyir ki: "Hüsnü-əxlaq dərsləri hər yerdə mətlub və vacib olsa da İngiltərə mənafeyinə muğayir olduqları hallarında mənalarını itirməlidirlər. Bununla böylə hüsnü-əxlaqın igilislərə faydası olduğu zamanlarda onlarla rəftar etməgi tələb etmək vacibdir”.

Qəzetsevərlərin də mühərirlər ilə bərabər partiya liderləri, ülum və funun mütəxəssisləri bir çox yazılar yazıb, əhalinin diqqətlərini istədikləri tərəfə cəlb edərlər. Odur ki, oxucuların marağını qazanmış bir çox London qəzetləri gündəlik nömrəvari bir milyona qədər varmışdır.

Bununla belə qəzetlərin mədaxili məxaricini ödəməz. Çünki mühərrirlərə, müxbirlərə və sair əzalara böyük pullar sərf edilir. Abunə qiyməti alçaqdır. Lakin qəzetələrin qazancı hədsiz ticarət və sənaət elanlarından hasil olur. İdarələr bəzən o qədər mütəəddit (çoxlu) elanlar göndərir ki, qəzetəyə bir böyük vərəqə əlavə edilərsə, yenə bunların öhdəsindən gələ bilməyib, bir çoxunu gələcək nömrəyə həvalə edirlər. Xülasə, elan cəhətdən pul su kimi axıb gəlir.

İngiltərənin biriqci qəzetələri Almaniyanınkı kimi əlyazması ilə olmuşdur. Birinci mətbu qəzetələri 1588-ci ildə vaqe olmuşdur. Həmin ildə ispanyollar İngiltərəni 132 gəmi ilə mühasirə etmək istəmişlərdir. Fəqət, dəniz tufana məruz qalmış, gəmilər qərq olub İspaniyanın tənəzzülünə bais olmuşdur ki, bu fəqərənin dərci ilə də qəzetələr şüru etmişlər. 1715-ci ildə "London post” adlı qəzetənin şöhrəti "Romizo Kruzo” romanının dərci ilə başlamışdır.

İngiltərənin ən qədim və ən məşhur qəzetəsi "Tayms”dır. Buna sərf edilən maddi və mənəvi qüvvələri təsəvvürə gətirmək mümkün deyil. Hər gün sübh saat 5-də çıxan ən cəsamətli (60x45sm), bu qəzetə illərdir ki, 24 saat içində vüqu bulmuş Küpreye-ərzin tamam hadisatından xəbər verir.

Palataların, parlamanların gecəyarısınadək davam etmiş iclaslarının qətnamələri ilə bərabər, buralarda söylənən müfəssəl nitqləri tamamən dərc edir. Hər böyük hadisata aid baş məqalələr yazılır. Bunların hamısı imzasız dərc edilir. Lakin məqalələrin üslubundan onların hankı mühərrirlərə mütəlliq (aid) olduğunu hamı bilir. Adi vüquata iktiva etməyən bir çox İngiltərə qəzetələri bəzən uzaq yerlərə, hətta qitələrə səyyahlar göndərir ki, hələ həll edilməmiş bir çox elmi məsələləri kəşf edə bilsinlər. Məsələn, "Deyli teleqraf” qəzetəsinin Afrikaya göndərdiyi səyyahları Qolğu nəhrinin cərəyanını öyrənib müəyyən etmişdir ki, bu nou-bəşər qarşısında böyük bir xidmətdir.

İngiltərə qəzetələrinə hər yerdən məlumat verən teleqraf agentliyi 1851-ci ildə Röyner adlı bir ingilisin vəsati ilə təsis edilmişdir. Yer üzündə bulunan böyük agentlik yoxdur. 600 məmurları vardır, 4 mindən ziyadə qəzetələrə məlumat verir. Bu axır vəqtlərdə qəzetələrin qiymətləri daha da ucuzlaşıb. Füqəranı da faydamənd qılmışdır.

(Davamı gələn sayımızda)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb