Fərhad Ağazadənin “Mətbuatın tarixi” əsəri

Akif Aşırlı



(Əvvəli ötən sayımızda)

Fransa mətbuatı

İngiltərə mətbuatı kimi milli şüarları ilə məşhurdurlarsa da, fəqət davamsızdır. Məmləkətdə bir təbəddülat vaqe olursa filfor (təcili) mətbuat da məsləgini dəyişib, yeni cərəyanı müdafiə edir. Bu davamsızlıq sayəsindədir ki, Fransa qəzetləri ulduzlar kibi biri batıb - biri çıxar. Yürüdülən şüarlar da qəzetələrin qeybi ilə fövt olu gedər. Bununla belə firəng qəzetlərinin zərifanə və şairanə halları müşahidə edilir. Firəng mətbuatının birinci müəssisi Roludut adlı bir doktor idi. Bu şəxsin zəhməti sayəsində füqəra üçün cavanlar üçün darülfünlar açmışdır. Maddi və məzun ehtiyacların dəfinə çalışan bu cənab başına özü kimi millət xeyirxahlarını cəm etmək üçün nəşriyyata müraciət edərək birinci firəng qəzetəsi nəşrinə şürun etdi. Bunun birinci nüsxəsi 1631-ci ildə La Qazete və sonra 17620ci ildən indiki günlərədək Qazete de Franse adlı məşhurdur ki, əvvəlcə həftədə bir dəfə, inqilab zamanlarında iki dəfə, indi isə gündə bir dəfə təb edilir. Qəzetənin intişarına həm daxildə, həm də xaricdə manne olanlar çox idi. Ələlxüsus, əcnəbi hökumətləri qəzetənin nəşrinə müdaxilə edərək sərbəst davranmağına böyük müqavimət göstərirdilər. Nüsxələrinin bunlara qarşı yazılmış müraciətnamədə Roludut deyir ki, dağlardan axıb gələn sellərin önünü sədlərlə almaq mümkün olmadığı kimi nitqin qarşısında durmaq da əbəsdir. Roludut özü və iki oğlu səhərdən axşamadək çalışıb qəzetənin min məşəqqətinə davam edirdilər. Var-yoxlarını satıb qəzetə intişarına sərf edirlər və yetmiş yaşında Roludut (vəfat edərkən təzinamətməsində Roludut dilənçi halında bəzi böyük kişilərə yaraşmayan bir sifətdə vəfat etdi. Bu firəng övladı bir daha olamayacaqdı” kimi sözlər yazılmışdır. Fialhəqiqə sonralardan Paris şəhərinin ən qaili bir guşəsində Roludut adına böyük bir abidə qoyulmuşdur. On yeddi-on səkkizinci əsrlərdə Fransa mətbuatı tərəqqi etmişdir. Çünki o vaxtlar əhalinin savadları az idi. Həm də əhalinin fəlakətini doğruca təsvir edən məqalələrə yol verilmirdi.

1791-ci ilin inqilabı sayəsində Fransa mətbuatı hürriyyətə malik olaraq tərəqqiyə keçmişdir. Bundan sonra firəng qəzetələri misə köbələyi kimi ziyadələşməyə başladı. Bunların məşhurlarından "Debats” qəzetəsi idi ki, 1930-cu ildə birinci dəfə olaraq cədidəlik roman tərzində yazılmış, təcavüzlərini təb etməyə şüuri idi. Bu fəqərə əhalinin qəzetəyə doğru marağını cəlb etdi. İkinci Cümhuriyyət qəzetəsi "Tomps”dur ki, əhalinin halından ətrafınca xəbər verən bir qəzetədir. Bunun ümdə məqsədlərindən biri də almanların zəbt etdikləri (Alzas-Lotaran) vilayətlərinin azad edilməsi idi ki, buna da indiki müharibənin (yəni I Dünya müharibəsi nəzərdə tutulur - A.A.) sayəsində nail oldular. Qəzetələrə məlumat verən firəng teleqraf ajansı Ajanse Havas naminə məşhurdur. 1830-cu ildə təsis edilmişdir. Parisdə yeddi yüz əlli jurnal və 40-a qədər siyasi qəzetələr çıxır.

İtaliya mətbuatı: Əvvəlki əsrlərdə tərəqqi edə bilmədi. Çünki əhalinin avamlığı ilə bərabər hökumətin də istibdadı ən şiddətli bir halda idi. İndi də İtaliya məxluqunun yarısı savadsızdır. 1848-ci ilin hürriyyəti - kəlam elanı ilə mətbuatın bağlanmış dili açılsa da lakin İtaliya mətbuatı hələ indi də tufuliyyət (körpəlik) dövründən ayrılmamışdır. Buna ümdə səbəb: 1) Əhalinin qəzetəyə rəğbətsizliyidir. Böylə ki, qəzetələrin daimi abunələri olmadığı üçün nömrəvari küçələrdə və qəhvəxanələrdə əl ilə satılır. 2) Qəzetələrə elan vermək adəti ticarət və sənaye dairələrində hələ ümumiləşməmişdir. Odur ki, elan mədaxillərindən məhrum qalmış qəzetə idarələri özlərinə abunə qazanmaq üçün oxuculara qəzetə ilə bərabər sair şeylər də göndərirlər. Sənəlik abunələrə məzhəkə jurnalı, yarımillik abunələrə rəsm lövhələri və 3 aylıq abunələrə də coğrafiya xəritələri göndərilir. Fəqət, bu bəxşişlər də kömək etmədigindən qəzetələrin çoxu hökumətin və siyasi partiyaların maddi yardımına möhtac qalırlar. Bu növ ilə İtaliya qəzetələrinin yüzə altmışı özgənin məxarici ilə yaşadıqları cəhətlə yardımçıların məsləgini müzirri (ziyanına) olsa yürütməyə məcburdurlar. Fəqət qəzetənin tərəqqisi yardımçı partiyanın tərəqqisinə bağlıdır. Partiyanın məmləkətdə nüfuzu artdıqca müavinət göstərdiyi qəzetənin də şöhrəti artır. Əks surətdə partiyanın eybi ilə də qəzetəsi də uçub gedər. Odur ki, heç bir qəzetənin əbədiliyi təmin deyil. Hər yerdə şöhrət qazanmış bir qəzetənin qəflətən fövt olmasını müşahidə edən əhali sabahdan sair bir adsız qəzetənin birdən şöhrətlənməsini müşahidə edər. İtaliyalılar siyasət maraqlısı olduqlarından hər kəs öz partiyasının qəzetəsini alıb oxuyar. Odur ki, partiyanın sairlərə qələbə çaldığı günlərində qəzetəsinin də əl satışı yüksələr. Qəzetələrin tənəzzülü mühərrirlərin məişətinə böyük xələl yetirdiyi üçün İtaliya mühərrirləri birləşib min əzadan mürəkkəb bir ittifaq yapmışlar ki, özlərinə məxsus sarayları və böyük nəqdiyyələri vardır. İtaliyanın ən məşhur mühərrirləri bir vəqtdə həm mühərrir, həm də parlaman əzalarıdır. İtaliyanın birinci qəzetəsi 1604-cü ildə vaqe olmuşdur. Əvvəlki qəzetələr ayda iki dəfə, sonra həftədə iki dəfə nəşr edilmişdir. Buranın gündəlik qəzetəsi "La Qazeta bi Yenezin” adında 1798-ci ildə nəşrə başlamışdır.

İtaliyanın cavan siyasiyunu məmləkətdə iş görə bilməyib. 1830-cu ildə Avropanın sair-cəhətlərinə mühacirət etdilər. Burada hürriyyətə malik qəzetələr və risalələr nəşr edib. Gizli kontrabant təriqilə məmləkətə daxil etməyə başladılar. Bir bu qədər fədakarlığın sayəsində vəsənin azad və müstəqil yaşamağına bais oldular.
İtaliya qəzetələrinin teleqraf agentlikləri "Agenzia Stefani” adı ilə 1854-cü ildə təsis edilmişdir. İtaliya məmləkətində 1067 qəzetə nəşr edilir ki, bu cümlədən 609-u siyasi və 19-u firəng lisanındadır.

İspanyol və Portigiz mətbuatı:

Buranın mətbuatı sairələrə nisbət geridə qalmışdır. Bunun neçə səbəbi var. 1) Əhalinin qismi əzəmi (çox hissəsi) cahildir. Oranın hər 100-də yetmişi savadsızdır. 2) Ruhanilərin nüfuzu hələ ortancı əsrlərdəki kimi baqi qalmışdır. İki papazın hökmü ilə "Porvenir Navarro” adlı qəzetə təkfir (kafir) edilmişdir. Bunu yazan mühərrirlər oxuyan farələr, düzən mürəttiblər, xülasə, qəzetə ilə əlaqəsi olan şəxslərin hamısı bu hökmə görə kilsədən qovulub, onlar ilə mülaqat haram edilmişdir. Məzkur papasların təsəvvürüncə dünyada qəzetə oxumaqdan böyük günah yox imiş. 3) Hökumətin də istibdadi qəzetələrin cəlladı olmuşdur. İstibdadın ən böyük zərbəsi 1823-cü ildə vaqe olmuşdur. Haman ildə zalim kral 7-ci Ferdinanın hökmü ilə 6 həftə ərzində 44 min siyasətlə uğraşan cavanları divarlara qoyub hörmüşlər və bunlara az bir məhəbbət göstərişi qəzetələrin cümləsini zəbt etmişdilər.

Hərçənd indi ispanyol mətbuatı Avropanınkı kimi yaşamaq istiyor, fəqət məzkur tarixi mümaniətlərin (mane olmaq) təsiri ilə çox geri qalmışdır. Bunun həqiqi təkamülü üçün bir çox vəqt və əmək icab edər. Buranın birinci qəzetəsi 1661-ci ildə nəşrə başlamışdır. Lakin İspanyol qəzetlərinin ən parlaq dövrü 1808-1814-cü illərdə vaqe olmuşdur. Bu vəqtlər vətəni Firənglərin əlindən xilas etmək üçün bir çox qəzetlər nəşr edildi. Və bu növ ilə əhalinin milli ruhu oyadılaraq uşaqdan qocayədək əsləhə (silaha) sarılaraq vətəni firənglərdən azad etdilər. Mətbuat propoqandası ilə Vətənin istiqlalına nail olmuş əhali bundan sonrakı qəzetələrə artıq əhəmiyyət vermədiklərindən onların ədədi yenə gündən-günə azaldı. 18 milyonu olan bu məmləkətin bu gün 310 qəzetəsi var. Bu ədəd bəzən artır, bəzən əksilir.

Rusiya mətbuatı

Ən ağır sonsorluq (senzura) davamı ilə tərəqqi ediləməmişdir. Rus qəzetələri əfkari- ümumiyəni təsvir edən bir ayna olmayıb. Başlarında oturan xüsusi şəxsləri keyf mayinəsinə (istəklərinə) xidmət etmişlərdi. Odur ki, rus milləti arasında ittihab əvəzinə ədavət və təfriqələr yaratmışdır. 500-dək artıq qəzetələrin bir qismi hökumətdən məsarif alaraq, yalnız onun məsləgini müdafiə etmişdir. Hər bir həqiqətin üstü pərdələnib, əhaliyə ayrı-ayrı bir donda göstərildiyi üçün məmləkətin doğru cərəyanlarından əhalinin xəbəri olmamışdır. İki paytaxtın qəzetələri bir qədər sərbəst davranmışlarsa da, məhəlli qəzetələri hər bir həqdən məhrum qalıb qubernatorların xahiş və iradələrinə əməl etmişlər. Sonsorluq təzyiqatı bir dərəcəyə varmışdır ki, ülum və fününa dair yazılmış adi şeylərə də izn verməzlər. Məsələn: təbiətin brokli ( verikiy periroda) bir sensora xoş gəlməyib .Çünki onun təsəvvürüncə "böyük, yaxud əzəli” kəlməsi tacdarların ləqəbi olduğundan sair ibarəatilərdə işlədilməsin. Gərək o biri sensor Krasoviski "Çöyərik” sərhövhəli bir məqaləyə izn vermədi. Çünki məqalənin bir hissəsində zəhərli bir göbələkdən bəhs edilirmiş. Pəhriz günlərində göbələk yeyən xiristianlar da bir qisminin zəhərli olduğunu anlayıb da kilsə pəhrizlərindən qaçmağa məcbur olarlar. Guya inqilabı yada salan "sinif”, "cəmiyyət”, "vətən”, "vətəndaşlıq” kimi kəlmələrin istemalı qadağan olmuşdur. Hətta firəng inqildabını andıran qırmızı yaylıqlar, qalstuklar da qadağan edilmişdir. Sansorların mancanağı altında əzilib qalan rus mətbuatı 1905-ci ilin inqilabı ilə azad olub, asudə nəfəs almağa başlamışdı ki, Stalinin tədabiri- şədidani (şiddətli tədbirləri) ilə təzyiq altına alındı. Fəqət bir kərə qəfəsdən qaçmış quş dübarə zindanı qəbul eləməyən kimi rus mətbutını da əvvəlki hala qaytarmaq daha mümkün olmadı.
Ələlxüsus, 1917-ci ilin inqilabından sonra rusiyanın sərbəst qəzetələrinə böyük bir yol açıldı.

(Davamı gələn sayımızda)