Fərhad Ağazadənin “Mətbuatın tarixi” əsəri
Akif Aşırlı
(Əvvəli ötən sayımızda)
Birinci rus qəzetəsi Moskovda 1703-cü ildə böyük Pyotr tərəfindən təsisi edilmişdir. Bir neçə ildən sonra Peterburq şəhərinə köçürülüb. "Sankt Peterburuqskiy Vedmosti” adı ilə vaxtımıza qədər yaşamışdır. Rus qəzetələrinin siyasi gedişləri 19-cü əsrdən başlamışdır. Bunun bir- birinə zidd iki cərəyanı olmuşdur. Əvvəlinci cərəyanın başında Aleksandr Gerçin və ikinci cəryanın başında Mixail Katqov adlı şəxslər oturmuşlar. Birinci Avropa ictimayətinin amalını Rusiyada yürütmək niyyəti ilə bir çox hekayə və romanlar yazmışdır. Onun üçün də hökumətin dəfəatla (dəfələrlə) qəzəbinə giriftar olaraq, məmləkətin üzaq nöqtələrinə sürülmüşdü.
Çarəçsiz qalıb axırda Londona qaçaraq 1857-ci ildə "Kolokol” adlı həftəlik qəzetənin nəşrinə şüru etmişdir. Sıra ilə yazdığı gözəl məqalələrində İskəndər Hersənrus məmurlarınnı xəyanətni əhdişikənliyini (yəni sözə əməl etmədiyini) rüşvətxorluğunu daha bir çox hədsiz, çirkin hərəkətlərini yazıb qəzetəsi vasitəsilə rusiyaya daxil etmişdir. "Kolokol” qəzetəsinin qadağan olunduğuna baxmayaraq əhalinin rəğbətini qazandığı üçün əldən- ələ keçirdi. Bunun saray əhlinə əzan cümlə cavan imperator ikinci Aleksandra da böyük təsiri olmuşdur. Böylə ki, qəzetənin tələbatından biri dehat (kəndlilər) əhlinin mülkədarlar əlindən xilas edilməsi idi ki, 1861-ci ildə məzkur qəzetənin təsiri ilə imperatorun fərmanı sadir (verildi) oldu. Qəzetənin birinci şüarı Rusiyada yaşayan millətlərin hüququnu mdafiə etməkdən ibarət olduğu cəhətlə polyakların da müdafiəsinə bu qəzetədə yol verilirdi. Lakin bu fəqərədən sonra İskəndər Hərsənin tərəfdarları fərar etməyə başladığından 1869-cu ildə qəzetənin ömrü tükəndi. Bundan istifadə edərək onun məslək düşməni Mixail Mankov bağlanmış qəzetələrini açıb cahillərin millətçilik meydanına atıldı. Rusiyada millətlərin hamısını ruslaşdırmaq şüarının birinci babası həmin bu şəxs idi. Bunun təsəvvürüncə Rusiyada ruslardan başqaları ya gərək ruslaşdırılsın, ya da məmləkəndən fəra edilsin. Bu məslək vücudu ilə bir çox türklər, ləzgilər, çərkəslər Qafqazdan qovulub yerləri kazaklar və ermənilərə verilirdi. Mixail Konkovun naşir əfkarı "Russkiy vestnik”, "Maskovsiy vedmosti” adlı jurnal və qəzetə idi ki, təəssübü cahilanə və əvamfribina (aldatmağa) şeyləri ilə rusların rəğbətini qazanmışdır. Bundan sonra həmin məslək "Novaya vremya” qəzetəsi çıxdı. Bunu baş mühərriri Suvorin Rusiyanı ruslaşdırmaq fəqərəsi (mövzunu) kifayətlənməyib bir üzündəki müttəfərriq slavyanları, ələxüsus balkan slavyanlarını birləşdirib, Türkiyənin qarşısına çxarmaq idi. İttihadi- slavyan (panslavizim) naminə Balkanda bir çox evlər dağıldı. Qanlar töküldü. Hələ indi də Balkan aram (sakit) olmamışdır. Hökumətə və avamlara xoş gələn şeylərdən başqalarının yazmadığından bu qəzetənin nüfuzu gündən günə artıb 60 minədək hər gün nüsxələri çıxarmış, qəzetənin hökumətə sədaqəti və tərəfdarlığı bir mərtəbəyə varmışdır ki, ona əhali arasında "Çeqo izvalite” təbirini vermişlər. Yəni nə istiyorsunuzsa, buyurun əməl edin. Dövlət xəzinəsinin axçasını cəlb etmək üçün "suverinanın” bu qədər nökərçilik və rəzaləti rus kimi böyük bir millətin də bu günkü zəlalətinə bais olmuşdur. "Novoye Vremya” qəzetəsinin şərarət və fəsadlı yazıları rusiya millətinin bir halə gətirmişdir ki, hər kəs o böyük məmləkətdən ayrıldığı günü özü üçün böyük bir bayram sanır. Xülasə rus mətbuatının bu axırkı cahilanə məsləgi millətin tərəqqisi deyil, tənəzzülünə bais olmuşdur ki bu tənəzzülün siraəti ilə də mətbuat hələ pərişan bir halda qalmışdır.
Osmanlı mətbuatı
1830-cü ildə " Təqvimi Vəqaye” adlı qəzetənin nəşri ilə başlamışdır. Bu qəzetənin mündəricatı Sultanın hökmləri və hökumətin rəsmi xbərlərindən ibarət idi. 20 il bundan sonra İngiltərə konsulunun oğlu Çörçilin təşəbbüsü ilə yeni bir "Docheride Hauadis” qəzetəsi nəşr edilmişdir. Bu qəzetədə rəsmi xəbərlərlə bərabər siyasi məqalələrə Avropadakı cərəyanlara əhəmiyyət göstərilmişdir ki, bununla qəzetənin hörməti artıb, 3 minədək abunə qazanmışdır. Bu hallarda məmləkətin islah və tənzimatı naminə bir çox hərəkatlar yayıldı. Sair məmləkətlərdəki kimi buranın da ziyalıları əzan cümlə Əli Səmavi, Qədri Namiq Kamal və sairləri Londona köçüb "Müxbir” və "Hörmət” adlı qəzetələrin nərşrinə şüru etdilər. Bu qəzetələrdə məmurların ləyaqətsiz və vicdansız hallarına sübutlar verilərkən, əhalinin məruz qaldığı bəlalarından ətraflı bəhslər açıldı. Müddətcə az davam etmiş bu qəzetələrin hökumət işlərinə təsiri olmuşdur. Odur ki, Midhət Paşa ciddiyətlə mətbuata azadlıq verdi. Bundan sonra " Bəsirət”, "Vaxt”, "İttihad”, "Həqiqət”, "Xəzineyi ovraq”, "Tifillərə qiraət”, "Baxceyi- məktəb” və.s. biri- birinin ardınca nəşrə başladı. Osmanlı mətbuatının ən parlaq vaxtı 1876-cı ildə vaqe olmuşdur. Bu vaxtlar İstanbulda 81 qəzetə nəşr edilirmiş. Onlardan 16-sı türkcə, biri ərəcbə, biri farsca, biri almanca, biri ingiliscə, 12-si yunanca, 12-si ermənicə, 4-ü bulqarca, 2-si yəhudicə, 1-i italiyanca və 29-da firəngcə olmuşdur. Bu cədvəldən anlaşılır ki, türk mətbuatı tərəqqiyə malik olduğu günlərində birinciliyi qazanmamışdır. Firəng qəzetələrinin ədəbi türk qəzetələrinin ədədindən iki dəfə artıq olmuşdur. (Bu halı biz indi Azərbaycanda müşahidə edirik. Bura qəzetələrinin ruscaları türkcələrindən neçə qat artıqdır). Osmanlı mətbuatının məsud günləri artıq davam etmədi. Həmən ildə Osmanlı-rus müharibəsi ağır şərtlərlə türklər üçün tamam edidi. Əvam və cahil məhluqun təsəvvürüncə guya Allah tərəfindən göndərilmiş " bu bir bəladır ki, türklər yoldan azıb, Avropalıların dünyəvi dəblərini qəbul etdikləri üçün buna giriftar olmuşlar. Ona görə Avropa üsul və tənzimatı geri alındı. Qəzetələr qapadıldı. Qapanılmayanları üçün elə bir ağır sonsorluq ki, böyük Sultan Əbdülhəmidin dövründə türk mətbuatı ən zəlil hallarda qaldı. Osmanlı mətbuatının indiki statistikası məlum deyildi. Lakin müxtəsərcə, bunu demək olar ki, onun təkamülü gələcəyə vaisdədir (mümkündür).
Erməni mətbuatı
Hindistanın Mədrəs şəhərində erməni mühacirlərinin məxaricinə 1754-cü ildə birixi qəzetəsi təb edilmişdir. 50 il sonra Tiflisdə "Kavkaz” adlı rusca hökumət qəzetəsi təsis edildi. O vaxtın Qafqaz canişini knyaz Varantsovun hökmü ilə həmən qəzetənin bir sürəti də erməni lisanında təb edilirmiş. Bir qədər sonra yəni, 1872-ci ildə "Mişak” qəzetəsi təsis edilmişdir. Onun baş müəssisi mükəməl Avropa təhsili görmüş Qriqori Arsilov adlı bir fəal erməni idi. Qəzetənin məsləgi mütəfərriq (parçalanmış) ermənilərin arasında ittihad yaratmaq üçün dini şüarlara deyil, yalnız milli şüarlara müraciət etmişdir. Filhəqiqət (həqiqətəndə) erməni ittihadı üçün "Mişak” qəzetəsi böyük işlər görmüşdür.
Gürcü mətbuatı
1860-cı ildə Sergey Mesxi cənablarının səy və himməti ilə təsis edilmişdir. Tiflis şəhərində nəşrinə başlanmış "Trosba” (mənası vaxt, çağ) qəzetəsi gürcülərin birinci qəzetəsidir. O vaxtın gürcüləri qəzetə alıb oxumadıqları üçün biçarə nqaşirin əhvalı çox pərişan keçirmiş. Əsgi-püskü paltar geyib, əlinə dşən pulu qələm arxadaşlarına verərmiş. Zavalı baş mühərrir 10 il öz məsləginə davam edə bilmişdir. Və nəhayət vərəm xəstəliyinə düçar olaraq, dari- bəqayə yəni əbədiyyətə köçər. S. Mesxi cənabları öz millətinə az fayda gətirməmişdir. Rüznamə faydasını bir növ gürcülərə anladaraq qəzetə həvəsi onlarda oyada bilmişdirdir ki, bu da az iş deyil. Hər bir gürcü olan kimsə bu mühərrir cənablarını sevir, namını hörmətlə yad edir. Və fotoqraf əksini də xanəsində müqəddəs şeylərin cümləsindən sanır. Bu gün gürcülərin bir çox qəzetə və jurnalları, hətta gürcü şirkəti təbəniyyələri də ( çap şirkətləri) mövcuddur. Bundan daha artıq gürcü mətbuatına dair məlumat kəsb etmək istəyən əfəndilər "Həyat” qəzetəsinin 72,73 və 77-ci nömrələrində mərhum Sürenin yazılarına müraciət etməlidirlər.
(Davamı gələn sayımızda)