“Qəbul ballarının aşağı olması rus bölməsinə axının yaranmasına səbəb ola bilər”
Fərqlilik aradan qaldırılmalıdır
20:43 16.05.2016
Arxiv
785
Təhsil Nazirliyi TQDK-nın təklifini qəbul etməyib
“Qəbul ballarının aşağı olması rus bölməsinə axının yaranmasına səbəb ola bilər”
“Qəbul ballarının aşağı olması rus bölməsinə axının yaranmasına səbəb ola bilər”
Abituriyentlərin ali məktəbə qəbulu prosesində rus və Azərbaycan bölmələrinə qəbul qaydalarındakı fərqliliklər çox zaman birmənalı qarşılanmır.
Ekspertlər də bəzi ixtisaslarda rus bölməsi üzrə qəbul ballarının aşağı olmasını düzgün hesab etmir. TQDK-nın ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq
Əliyev bu il Azərbaycan və rus bölməsi üzrə bəzi ixtisaslara birgə müsabiqənin keçirilməsi barədə Təhsil Nazirliyinə təklif edildiyini deyib. Rus və Azərbaycan bölmələri üzrə bal fərqinin çox olmasını ekspert də təsdiqləyib: "Keçən il Hüquq fakültəsinə rus bölməsinin abituriyentləri 285 balla, Azərbaycan bölməsinin abituriyentləri isə 500-dən yuxarı balla qəbul olub. Bu da uyğunsuzluq və abituriyentə qarşı haqsızlıqdır. Rus bölməsinin abituriyenti 285 balla Hüquq fakültəsinə qəbul olur, Azərbaycan bölməsinin ondan iki dəfə çox bal toplayan (490 bal) abituriyenti Hüquq fakültəsinə qəbul edilmir”. Şöbə müdirinin sözlərinə görə, bəzən rus bölməsi üzrə müəyyən ixtisaslara az sayda abituriyent sənəd verir. Məsələn, hansısa ixtisas üzrə 15 yer ayrılırsa, ora 10 abituriyent müsabiqə şərtini ödəyir və nəticədə 5 yer boş qalır: "Azərbaycan bölməsində isə ayrılan yerlərə çox abituriyent qəbul olmaq istəyir, amma qəbul üçün yer olmur. Bu, müəyyən qədər Azərbaycan və rus bölməsi arasında kiminsə haqqını digərinə vermək olur”. N.Əliyev qeyd edib ki, bu və ya digər məsələlərlə bağlı Təhsil Nazirliyinə təklif edilmişdi. Təhsil Nazirliyinin TQDK-nın təkliflərini qəbul etmədiyini deyən şöbə müdiri əlavə edib ki, bu il yenə də Azərbaycan və rus bölməsi üzrə qəbul-müsabiqə ayrılıqda aparılacaq: "Əsas məqsəd Azərbaycan üçün kadrların hazırlanmasıdırsa, bölmələr üzrə fərq olmamalıdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da hər hansı ixtisas üzrə qəbul planının ləğv edilməsini yox, bəzi ixtisaslar üzrə plan yerlərinin sayının azaldılmasını təklif edir. Bunlar əsasən, əmək bazarında tələbat az və müsabiqə vəziyyəti aşağı olan ixtisaslardır”. "Şərq”ə danışan Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə bölmələr arasındakı bu cür fərqin abituriyentlərin əməyinə sayğısızlıq olduğunu deyib. Ekspertin sözlərinə görə, ali məktəbə imtahan verən məzunun hansısa probleminə uyğun xüsusi güzəşt etmək istisna halında mümkün ola bilər, lakin bilik məsələsində bu cür ayrıseçkilik və namünasib yanaşma düzgün deyil: "Digər tərəfdən, bu, rus bölməsi üzrə təhsil verən məktəblərin nəticələrinə inamsızlıqdır. Yəni bu nəticələr o qədər aşağıdır ki, Azərbaycan bölməsi üzrə təhsil alan tələbədən 500 bal tələb edilən ixtisasa, rus bölməsi üzrə təhsil alan tələbə üçün 280-300 balla kifayətlənmək lazım olsun?” Əjdər Ağayev belə ayrımçılığın normal şəkildə insanların seçiminə də təsir edəcəyini qeyd edib: "Bir düşünün, rus bölməsində qəbul balları aşağıdır və təbii ki, tələbə üçün bu, daha rahatdır. O zaman, hansı valideyn övladını rus bölməsinə təhsil almaq üçün istiqamətləndirməz? Qəbul ballarının aşağı olması rus bölməsinə axının yaranmasına səbəb ola bilər. Ona görə də bu fərqliliyin düzəldilməsi vacibdir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media