Fransa jurnalı birinci xanımın müsahibəsinə görə satış rekordu qırıb





Fransanın "Elle” jurnalı birinci xanım Bricit Makron ilə müsahibə dərc edib. Məhz bu müsahibəyə görə jurnal 530 min ədəd satılaraq son 10 ilin rekordunu qırıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, jurnalın satışı hələ də davam edir. On səhifəlik müsahibə 30 milyon insan tərəfindən oxunub və sosial mediada paylaşılıb.