"Fransa mətbuatının dünya bazarında qazın qiymətinin qalxmasına səbəblərdən biri kimi havanın soyumasını göstərməsi nisbətən məntiqlidir. Amma qiymət artımına geopolitikanın təsir edəcəyi fonunda olan məlumat heç cür ağlabatan deyil. Çünki neftdən fərqli olaraq qazın qiymətinin siyasətlə hər hansısa bir mütənasibliyi yoxdur.
Fransa mətbuatı qazın bahalaşacağını yazdı, ekspert də təsdiqlədi
08:42 22.10.2018
Arxiv
649
Ötən həftə Fransanın "Le Figaro" qəzeti bu ilin noyabrın 1-dən dünya bazarında qazın qiymətinin 5,4 faiz bahalaşacağını yazıb.
Məqalədə qeyd olunur ki, bu artım 2018-ci ilin yanvarından etibarən baş verən 3-cü ən böyük bahalaşmadır. Bundan başqa xəbərdə bildirilir ki, yanvar ayında qazın qiymətində 6,9 faiz, iyul ayında 7,4 nisbətində yüksəlmə olub. Noyabr ayında olacaq 5,4 faizlik bahalaşmanı nəzərə alsaq, 2018-ci ildə bu qiymət artımı 20 faizə yaxınlaşacaq. Bu bahalaşmanın səbəbi isə havaların soyuması nəticəsində qaza olan tələbatın artması və dünyakı geopolitik proseslərlə izah olunur.
Fransa mətbuatının bahalaşma ilə bağlı iddiasının nə dərəcədə real olub olmamasını öyrənmək üçün Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şabanla əlaqə saxladıq. Mərkəz rəhbəri "Sherg.az”a söylədi ki, indiki halda qazın qiymətinin artması adi haldır:
"Fransa mətbuatının dünya bazarında qazın qiymətinin qalxmasına səbəblərdən biri kimi havanın soyumasını göstərməsi nisbətən məntiqlidir. Amma qiymət artımına geopolitikanın təsir edəcəyi fonunda olan məlumat heç cür ağlabatan deyil. Çünki neftdən fərqli olaraq qazın qiymətinin siyasətlə hər hansısa bir mütənasibliyi yoxdur. Neft birjalarda dəyərləndiyi üçün onun qiyməti tez-tez dəyişir. Düzdür, qazın qiyməti neftlə bağlı olsa da, amma bu proses özünü altı aydan sonra göstərir. Lakin söhbət birjada satılan qazdan gedirsə, onun qiyməti tələb və təklifdən aslı olaraq dəyişir.
Ona görə də, qış mövsümündə insanlar qazdan çox istifadə etdiyi üçün onun dəyərinin artması və ya əksinə ilin isti dövrdə təlabatın azalması ilə qiymətin enməsi normalı haldır. Hazırda Avropada qazının qiyməti 250- 260 dollardırsa, bu trend Yaxın və Orta Şərq bazarlarında 350-360 dollar civarındadır. Yəni qiymətlər coğrafi ərazilər üzrə də dəyişə bilir”
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət