Fransada polis zorakılığı: “Sarı jiletli”nin sifətinə dəyənəklə ağır zərbə... – Video





Fransanın Bezanson şəhərində ötən şənbə baş tutan "sarı jilet”lilərin növbəti aksiyasında nümayişçilərdən biri polis tərəfindən amansızcasına döyülüb.

"Sherg.az”"lefigaro.fr”ə istinadən xəbər verir ki, "Media 25”in müxbiri Ema Odrey bununla bağlı öz "Twitter” hesabında video paylaşıb və bu videoya 60 min çox izləyici baxıb. Jurnalist həmin paylaşımında yazır ki, polis nəfəri "sarı jilet”linin sifətinə dəyənəklə ağır zərbə endirib:

"Hadisə mənim düz bir metrliyimdə baş verdi. Və bu zərbədən sonra döyülən gənc şoka düşdü. Bundan sonra anladım ki, bu polis nəfəri vicdan və mərhəmət hissini itirib. Öz ölkəsinin vətəndaşına bu qədər nifrət etmək olarmı ?!"

Qeyd edək ki, döyülən gənc hazırda «street medic» xəstəxanasına yerləşirilib.

Tərcümə etdi: Ayyət Əhməd