Fransua Olland: İngiltərə bunun əvəzini ödəməlidir





AB-ə üzv ölkələrin dövlət və hökumət başçıları, birliyin qurucu razılaşması qəbul edilən 1957-ci il tarixli Roma razılaşmasının 60-cı il dönümü səbəbi ilə Romada bir araya gəldi.

Sherg.az "Milliyət" istinadən xəbər verir ki, Zirvə toplantısı zamanı  mətbuata açıqlama verən Fransa prezidenti Fransua  Olland, "İngiltərənin AB üzvlüyündən çıxışının əvəzini məcburi olaraq ödəməsi lazımdır. Üzvlükdən çıxışın AB-ə ziyan verməməsini zəmanət altına almaq üçün lazımlı olan hər şeyi edəcəyik." deyib.
Olland, AB üzvlüyündən çıxışı ingilislərin özləri istədiyini xatırladaraq, buna baxmayaraq Fransanın İngiltərə ilə yaxşı əlaqələri davam etdirməsinin vacib  olduğunu ifadə edib.

AB proyektinin, Avropaya rifah və barış gətirdiyini söyləyən Olland, ortaq bazar və pul birliyi ilə AB-in dünyanın ən əhəmiyyətli iqtisadi güclərindən birinə çevrildiyini dilə gətirib.

Avropada AB-dən çıxmağı  müdafiə edən siyasətçilərin artması ilə əlaqədar sual Olland, birlik sayəsində üzv ölkələrin, terrorla mübarizə və qaçqın probleminin həlli mövzusunda daha təsirli və iqtisadiyyat sahəsində də daha müvəffəqiyyətli olacaqlarını bildirib.