Gəlinini xəyanətə görə öldürən qayınataya AĞIR CƏZA TƏLƏB EDİLDİ
10:18 20.07.2018
Arxiv
359
Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında Seyidmalik Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Xatırladaq ki, Seyidmalik Məmmədov özünü təqsirli bilib. Məhkəmədə sərbəst ifadə verən 60 yaşlı kişi bildirib ki, istintaqda nə yazılıbsa düzdür: "Qızı başqası ilə tutdum və öldürdüm. Cinayəti namus üstündə törətmişəm".
Qeyd edək ki, qətl ötən il Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu gəlini Aysel Məmmədovanı qətlə yetirib. Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.
S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.
Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə