Gənc istilərə dözmədi

Küçənin ortasında yatdı



Dünən metronun "20 Yanvar” stansiyası yaxınlığında maraqlı hadisə yaşanıb. Belə ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş adibənin önündə 27-30 yaş aralığında olan Bakı sakini idman çantasını başının altına qoyaraq səkinin üstündə yatıb. Bu halla rastlaşan əməkdaşımız qeyd edir ki, ilk baxışdan sözügedən gəncin sərxoş olması ehtimal edilsə də, ətrafdakı taksi sürücüləri onun yorğunluq və istilikdən yatdığını deyib: "İçkili deyil. Gəlib, səkinin üstündə oturdu. İstidən şikayətləndi. "Çox istidir, özüm də yorğunam” deyib uzandı. Görünür, həm havaların kəskin isti olması, həm də iş onu yorub”. Əməkdaşımızın sözlərinə görə, diqqət çəkən başqa bir məsələ odur ki, yaxınlıqda polis əməkdaşları olsa da, gəncin küçənin ortasında yatmasına müdaxilə etməyib.

Sürücülərin verdiyi məlumata görə, məlum gənc 3 saat yatdıqdan sonra durub, heç nə olmamış kimi üst-başını çırpıb yoluna davam edib.

Bu mənzərə maraq doğurduğundan, əməkdaşımız həmin görüntünü lentə alıb.

Sherg.az həmin fotonu oxucularına təqdim edir.