"Gəncədəki iğtişaş dövlətçiliyimizə qarşı atılan addımdır"
11:18 12.07.2018
Arxiv
552
Ötən gün Gəncədə baş verən terror hadisəsi zamanı 2 polis zabitinin qətlə yetirilməsi çox ciddi hadisədir. Gəncə ssenarisini hazırlayan qüvvələr daha çox itki planlayırdılar. Ancaq Daxili İşlər Nazirliyinin əməkdaşlarının çevikliyi bütün planları puç etdi. Dünənki Gəncə hadisəsi bizlərə əyani sübut etdi ki, polislərimiz dövlətçiliyimizin keşiyində nəyin bahasına olursa olsun durmağa hərzaman hazırdırlar.
Çox məyusedici haldır ki, Gəncədə qaragüruh qüvvələrin xain planlarına alət olaraq, polisinə,dövlətinə qarşı çıxanlar oldu. Təbii ki, bu ssenarini dini motivlər əsasında reallaşdırdılar. İnançlı insanların hissləri üzərindən öz xain əməllərini həyata keçməsi üçün istifadə etdilər. Yunis Səfərov və dünən 2 polisimizi öldürən xainlər sadəcə və sadəcə oyunçudurlar. Yəni pərdənin önündə olanlar bəllidir, pərdənin arxasındakılar isə tam bəlli deyil.
Dünənki hadisə ciddi siqnaldır. Birbaşa dövlətçiliyimizə qarşı atılan addımdır. Əziz xalqım! Dövlətimizi, ölkəmizi və ən əsası müstəqilliyimizi qorumaq üçün möhkəm dayanmaq lazımdır! Hərkəs əmin olsun ki, dövlətimiz və eləcə də hüquq-mühafizə orqanları istənilən antiAzərbaycan qüvvələrini darmadağın etməyə qadirdilər! Biz isə vətəndaşlıq mövqeyimizi ortaya qoyaraq, dövlətimizin yanınd olaq! Bu bizim həm də borcumuzdur!
Çağdaş Strateji Araşdırma Mərkəzi
Seymur Süleymanov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou