Gənclər Fondunun maliyyəsi azaldı




"Gənclər Fondunun maliyyə vəsaitinin azalmasını Azərbaycan hökuməti problem kimi qiymətləndirmir".

 Sherg.az-ın məlumatına görə bu sözləri parlamentin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, parlamentdə bir sıra deputatlar Gənclər Fonduna ayrılan vəsaitin artırlmasını təklif etmişdi: "2011-2016-cı ildə ölkədə gənclər siyasəti ilə bağlı 44,8 milyon manat, 2011-2015-ci illərdə gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlən planı və proqrmaların icrası üçün 74 milyon manat ayrılıb.

Bu müddət ərzində bütün proqramlar icra olunub və başa çatdırılıb. Ümumiyyətlə, 2011-2016-ci ildə ölkədə gənclər siyasəti ilə bağlı 100 milyon manatdan çox vəsait ayrılıb. Ona görə də növbəti ildə Gənclər Fonduna 11,5 milyon manat vəsaitin ayrılması məqbuldur və burada heç bir problem yoxdur".

Anar