Generalın müharibə anonsu səbəbsiz deyil
08:08 21.02.2018
Arxiv
414
Sülh olmasa, Azərbaycan torpaqlarını hərb yolu ilə azad etmək məcburiyyətində qalacaq
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaar ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bugünədək nəticəsiz qaldığını bir daha xatırladıb. General-polkovnik cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib. Nazir bildirib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər. Klaar isə öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Nazirin müharibə mesajını və beynəlxalq təşkilatlara çağırışını "Şərq”ə dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, müdafiə nazirinin əsas vəzifəsi münaqişəni hərbi prizmadan təhlil etməkdir.
Ekspertin sözlərinə görə, Müdafiə Nazirliyi hərbi potensialın nümayiş olunmasını, təmas xəttində toqquşmaların proqnozlaşdırılmasını və müharibə variantının önə çəkilməsini hər dəfə ortaya qoyur:
"Nazirin bəyanatı öz-özlüyündə Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Əgər kimsə zənn edirsə ki, Azərbaycanı və işğalçı Ermənistanı tərəzinin eyni gözünə qoymaq, bərabərləşdirmək mümkündür, əlbəttə ki, ciddi yanılır. İstəyir Avropa Birliyinin nümayəndəsi olsun, istəyirsə də hansısa nüfuzlu ölkənin yüksək rütbəli rəsmisi, heç kim bu düşüncədə olmamalıdır. Azərbaycan tərəfi dəfələrlə öz prinsipial mövqeyini ortaya qoyub. Bəyan edib ki, heç vaxt torpaqlarımızı hərb yolu ilə azad etmək fikrindən vaz keçməmişik. Açıq şəkildə bunu deyirik.
Beynəlxalq təşkilatların nümayəndələri dərk etməlidirlər ki, cəbhə xəttində müşahidəçilərin sayının artırılması, bizə qarşı müəyyən bəyanatların verilməsi, o cümlədən Azərbaycanı sakitliyə və təmkinliyə çağırmaqla məsələ həll olunmur.
Problem ancaq beynəlxalq hüquq normaları çərçivəsində çözülə bilər. Bunun üçün də dünya gücləri Ermənistana təzyiq etməli, düşməni sülhə məcbur qoymalıdırlar. O baxımdan müdafiə naziri çox düzgün olaraq müharibə ehtimalını qabardıb və beynəlxalq təşkilatlara çağırış edib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət