“Google Play”in gəlirləri bir ildə 82 faiz artıb





"Google Play” internet mağazası 2016-cı ildə təqdim edilən proqram və əlavələrin sayına görə lider olub.

İKT.lent.az-ın "vistanews.ru” saytına istinadən məlumata görə, şirkətin gəlirləri 60 faiz artaraq 3,3 milyard dollara çatıb.

Hazırda gəlirlərinə görə lider "App Store”dur. Onun əsas rəqibi "Google Play” gəlirlər üzrə rekord göstərə bilməyib, ancaq öz internet mağazasında daha çox əlavə və proqram reallaşdıra bilib.

"SensorTower” şirkətinin mütəxəssisləri hesabat dərc edərək bildirib ki, "Apple” brendinin gəlirləri 5,4 milyard dollar olub. Ancaq "Google”un gəlirləri cəmi 3,3 milyard dollar təşkil edib.

Buna baxmayaraq, "Apple”in artımı 2015-ci ilin göstəricilərinə nisbətdə 60 faizə çatıb. "Google”un gəlirləri isə analoji hesabat dövrü ilə müqayisədə 82 faiz təşkil edib.