Gözünü ovcunun içində saxla: 5 dəqiqə bu vəziyyətdə qalın
09:52 08.09.2017
Arxiv
904
Amerikalı oftalmoloq Uilyam Beytsin 100 il əvvəl təklif etdiyi metod bu gün də öz cəlbediciliyini itirməyib
Görmə qabiliyyətinin yaxşılaşdırılması üçün amerikalı oftalmoloq Uilyam Beytsin 100 il əvvəl təklif etdiyi metod bu gün də öz cəlbediciliyini itirməyib.
AZƏRTAC Rusiyanın "Arqumentı i faktı” həftəliyinə istinadən xəbər verir ki, həmin metod bütün göz problemlərinin stress və gərginlikdən qaynaqlandığını əsas götürərərək eynəkdən istifadə etmədən gözə istirahət verməklə yaxıngörmə (miopiya), uzagörmə (hipermetropiya) və astiqmatizm kimi xəstəliklərdən xilas olmağı nəzərdə tutur.
U.Beytsin fikrincə, gözə istirahət verməyin ən yaxşı yolu göz bəbəyinə işıq düşməsinin qarşısını almaqdır. Bunun üçün palminq (ingiliscə "palm” – "ovuc” sözündəndir) adlanan xüsusi təmrin də işlənib hazırlanıb. Təmrin zamanı masanın qarşısında əyləşib ona dirsəklənərək yumulmuş gözləri ovucla, üzərinə basmadan bağlamaq lazımdır. Elə bir şərait yaradılmalıdır ki, diqqəti yayındıran heç nə olmasın: nə parlaq işıq, nə səs-küy, nə də fikir dağınıqlığı... Beş dəqiqə həmin vəziyyətdə qalaraq fikrən yüzə qədər saymaq, müxtəlif rənglərin palitrasını, ya da hər hansı əşyanın, məsələn, bir çiçəyin bütün təfərrüatını, yaxud da böcəyin onun üzərində necə gəzdiyini göz önünə gətirmək olar.
Elmi dəyəri müasir oftalmologiyada qəbul edilməyən, görməni əhəmiyyətli dərəcədə yaxşılaşdırması barədə təsdiqlənmiş elmi məlumatlar olmayan metodun, hər halda, faydası vardır. Ən azı, kompüter arxasında işləyərkən göz yorğunluğunun aradan qaldırılması üçün həmin təmrini icra etmək xeyirlidir. Palminq, həmçinin yuxuqabağı psixi gərginliyi də aradan qaldıra bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual