Cənab prezident həmçinin haqlı olaraq belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradənin olduğunu da bəyan edib. Təbii ki, bu belədir. Əgər güclü iradə, millilik, həmrəylik olmasaydı bu layihə baş tutmazdı. Bu elə-belə sıradan bir layihə deyil. Bu Azərbaycanla Türkiyə arasında işlənən layihələrin ən güclülərindən biridir. Şübhəsiz ki, Azərbaycan- Türkiyə münasibətləri bundan sonra da inkişaf edəcək. Bizim aramızdakı münasibətlər bir tərəfdaşdan və ya strateji əməkdaşlıqdan daha artıqdır. Müttəfiqliyin qardaşlıq, dostluq prinsipləri üzərində qurulması isə hər iki dövlətin təhlükəsizliyi və müdafiəsi baxımından çox vacibdir”.
"Güclü iradə, həmrəylik olmasaydı, "Star" layihəsi baş tutmazdı"
08:49 22.10.2018
Arxiv
783
Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında Türkiyədə açılış mərasimi keçirilən SOCAR-a məxsus "Star” Neft Emalı Zavodu dünya əhəmiyyətli bir layihə olduğunu deyib.
"Star” layihəsinin təkcə iqtisadi deyil, siyasi və təhlükəsizlik baxımından da çox böyük əhəmiyyətə malik olduğunu vurğulayan millət vəkili bu layihənin Azərbaycan və Türkiyə münasibətlərinin daha da dərinləşməsində də müstəsna rol oynadığını qeyd edib:
"Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev belə bir fikir söylədi:
"Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk”.
Cənab prezident həmçinin haqlı olaraq belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradənin olduğunu da bəyan edib. Təbii ki, bu belədir. Əgər güclü iradə, millilik, həmrəylik olmasaydı bu layihə baş tutmazdı. Bu elə-belə sıradan bir layihə deyil. Bu Azərbaycanla Türkiyə arasında işlənən layihələrin ən güclülərindən biridir. Şübhəsiz ki, Azərbaycan- Türkiyə münasibətləri bundan sonra da inkişaf edəcək. Bizim aramızdakı münasibətlər bir tərəfdaşdan və ya strateji əməkdaşlıqdan daha artıqdır. Müttəfiqliyin qardaşlıq, dostluq prinsipləri üzərində qurulması isə hər iki dövlətin təhlükəsizliyi və müdafiəsi baxımından çox vacibdir”. Konkret olaraq, "Star” neftayırma zavodunun açılışına gəldikdə isə E. Məmmədov deyib ki, bu layihə iqtisadi cəhətdən Azərbaycan üçün yüksək əhəmiyyətlidir, amma siyasi cəhətdən daha əhəmiyyətlidir.
"Bu layihənin ərsəyə gəlməsi çox uzun vaxt apardı, bünövrəsini qoymaq üçün çox güclü risk və iradə tələb edirdi.
Bu layihənin həyata keçirilməsi ondan xəbər verir ki, Azərbaycan təkcə Cənubi Qafqaz bölgəsində yox, ümumiyyətlə dünya çapında, iqtisadi, siyasi sahədə sözünü deməyi bacaran, iradə ortaya qoymağı bacaran və qarşıya qoyduğu məqsədi uğurla həyata keçirib başa vura bilən bir ölkədir. Bu tək Türkiyə və Azərbaycanı deyil, geniş bir bölgəni, regionu əhatə edəcək. Biz oradan öz iqtisadi, maddi xeyrimizi götürəcəyik. Və bu dövlətimizin maddi cəhətdən daha da güclənməsinə səbəb olacaq. Ancaq strateji cəhətdən onun əhəmiyyəti maddi gəlirdən daha artıqdır. Bu layihə bir daha sübut elədi ki, ölkə başçısı qarşıya qoyduğu bütün məqsədlərə doğru cəsarətlə, düzgün siyasətlə hərəkət edir və uğurla da istəklərinə nail olur. İnşallah, Onun bu əzmi Azərbaycanı gələcək qələbələrə doğru aparacaq!”
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət