Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna yeni rəhbər seçildi
19:12 20.12.2019
Arxiv
504
Gürcüstan parlamentinin vitse-spikeri Kaxaber Kutçava Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni rəhbəri seçilib. Bu barədə APA-nın yerli bürosuna Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, hakim “Gürcü Arzusu” partiyasından olan millət vəkili Mahir Dərziyev məlumat verib.
O bildirib ki, bununla bağlı qərar parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında qəbul edilib.
“Azərbaycan-Gürcüstan əlaqələri strateji önəm daşıyır və bu parlamentlərarası dostluq qrupunun say tərkibində də özünü göstərir. Təsadüfi deyil ki, Gürcüstan-Azərbaycan dostluq qrupu üzvlərinin sayına görə parlamentin ən böyük ilk beş qrupundan biridir. Hazırda qrupun 62 üzvü var. Təbii ki, bu sırf Azərbaycanla olan isti münasibətlərin göstəricisidir. Müqayisə üçün bildirim ki, Gürcüstan-Ermənistan parlamentlərarası dostluq qrupunun cəmi 28 üzvü var. Kaxaber Kutçava Gürcüstanda gənc və kifayət qədər nüfuzlu siyasətçidir. Hazırda iki mötəbər təşkilatda Gürcüstan nümayəndə heyətinə rəhbərlik edir. Əminəm ki, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələri bundan sonra da uğurla inkişaf edəcək”, - deyə M. Dərziyev qeyd edib.
Qeyd edək ki, daha əvvəl Gürcüstan parlamentinin Ətraf mühitin qorunması və təbii sərvətlər komitəsinin sədri vəzifəsində çalışan K. Kutçava ATƏT Parlament Assambleyasında (PA) və GUAM PA-da Gürcüstan parlamentinin daimi nümayəndəliyinin rəhbəridir.
Xatırladaq ki, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri olub. O, noyabrın 14-də Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin qəbul edilməməsindən sonra hakim partiyadan istefa verib. Parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsi hakim partiyanın kvotası olduğundan həmin tarixdən etibarən vakant hesab edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm