Gürcüstanda demokratik islahatlar gedir
09:30 26.12.2018
Arxiv
422
Zəlimxan Məmmədli: "Bu gün ixtiyar hüquqla soydaşlarımızın əlindədir"
Gürcüstan Prezidenti Salome Zurabişvili müşavirləri və komandasının bəzi üzvlərini təqdim edib. Prezident Administrasiyasının rəhbəri Laşa Jvania təyin olub. Administrasiyanın rəhbər müavini isə Ketevan Maxaraşvili olacaq. O, həmçinin Gürcüstan Prezidentinin milli azlıqlar və gender bərabərliyi ilə bağlı fəaliyyətini də koordinasiya edəcək. K.Maxaraşvili müvəqqəti olaraq mətbuat katibi vəzifəsini də icra edəcək. Prezidentin parlament üzrə katibi Dmitri Qabunia, məhdud imkanlı şəxslərin işi üzrə müşaviri Simon Petridis, diaspor və vətəndaşlıq üzrə müşaviri Natia Sulava təyin olunub. Dövlət başçısı həmçinin hərbi məsələlər, ictimaiyyətlə əlaqələr, mədəniyyət, təhsil və elm sahələri üzrə də müşavirlərini təqdim edib.
Bu günə qədərki müşavirlərin soydaşlarımıza olan münasibəti ilə bağlı "Şərq”ə danışan "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatında iştirakı artan xətt üzrə getməkdədir:
"Gürcüstanda demokratik islahatlar gedir. Müəyyən geriləmələr və irəliləyişlər var. Amma bu gün ixtiyar hüquqla soydaşlarımızın əlindədir. Onlar siyasi hakimiyyətin qurulmasında nə qədər fəal olarsa, hakimiyyətin idarə olunmasında da bir o qədər iddialı ola bilərlər. Təbii ki, soydaşlarımızın fəallığı ilə bağlı gözəl və reallığa uyğun nəticələr gələcəyin işidir. Hər halda milli azlıqlarla müşavir postunda say tərkibinə görə iddialılarından biri borçalı türkləridir və belə də olmalıdır. Düşünürəm ki, soydaşlarımızın müvafiq strukturlarda olması indiki zamanda daha real görünür”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə