Baytarlıq Xidməti Azərbaycanda "donuz qripi" təhlükəsinin olmadığını açıqladı
Gürcüstanda “donuz qripi” tüğyan edir
09:17 26.12.2018
Arxiv
360
Qonşu ölkədə iki nəfər virusun qurbanı oldu
Baytarlıq Xidməti Azərbaycanda "donuz qripi" təhlükəsinin olmadığını açıqladı
Baytarlıq Xidməti Azərbaycanda "donuz qripi" təhlükəsinin olmadığını açıqladı
Qonşu ölkədə yayılan xəstəliklə bağlı ölkəmizdə nə kimi tədbirlər görülür? "Donuz qripi" Gürcüstandan ölkəmizə keçə bilərmi?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli "Şərq”ə açıqlamasında bildirib ki, hazırda ölkəmizdə "donuz qripi" ilə bağlı epizodik durum qeydə alınmayıb. Onun sözlərinə görə, Azərbaycanda yerləşən donuzçuluq komplekslərinə daim nəzarət olunur:
"Məlumdur ki, "donuz qripi" yüksək gedişli xəstəlikdir və ilin əsasən soyuq aylarında müşahidə edilir. İnsanda hərarətin yüksəlməsi, ümumi zəiflik, yuxarı tənəffüs yollarının, gözün selikli qişasının, həmçinin ağciyərin iltihabı ilə səciyyələnir.
Bu xəstəlik A qripinin H1N1 növünə aiddir. Virus antigenik xüsusiyyətə malikdir. 60 dərəcə temperaturda 20 dəqiqəyə, 100 dərəcə temperaturda isə ani olaraq məhv olur. Qripə cinsindən və yaşından asılı olmayaraq bütün donuzlar, eyni zamanda insanlar yoluxa bilər. İnfeksiya törədicisinin mənbəyi isə xəstə donuzlar hesab edilir. Onlar virusu burun axıntısı, öskürmək, asqırmaq, bəzən də nəcis təsbiti ilə xaricə ifraz edirlər”.
DBX-nin mətbuat katibi bildirib ki, virus əsasən hava-damcı yolu ilə yoluxur və ilin soyuq, nəmli hava şəraitində xəstəliyin yoluxmasına münbit şərait yaranır:
"Adətən sanitariya qaydalarına əməl edilmədikdə bu xəstəlik yüz faiz yoluxmaya gətirib çıxarır, ölüm halları isə adətən 30-60 faiz təşkil edir. "Donuz qripi" xüsusilə insanlar üçün çox təhlükəlidir. İnsanlar bu virusa donuzlarla təmas zamanı yoluxurlar. Həmçinin virus insandan insana da keçə bilir. Orqanizmə daxil olan virus əsasən tənəffüs orqanlarının selikli qişalarında özünə yer tapır. Ümumiyyətlə, heyvanlarda "donuz qripi"nin spesifik müalicəsi yoxdur”.
Y.Xanvəlinin sözlərinə görə, ölkəmizdə hələlik donuzlar arasında heç bir xəstəlik daşıyıcısı qeydə alınmayıb:
"Mütəmadi olaraq ölkəmizdəki donuzçuluq komplekslərinə baş çəkirik və müvafiq monitorinqlər aparırıq. Epizodik tədbirlər planlarına uyğun öz tədbirlərimizi də həyata keçirmişik. Həmçinin donuzların qara yara və Afrika tanununa görə peyvəndləmə tədbirləri yüksək səviyyədə yerinə yetirilib.
Ölkəmizdə heyvanlar arasında "donuz qripi" və digər yoluxucu xəstəliklərə görə epizodik vəziyyət sabitdir. 2008-ci ildə ölkəmizdə Qəbələ rayonunun Nic kəndində bütün təsərrüfatların qapalı şəraitə keçirilməsinə göstəriş verildi. O gündən bəri bütün donuzçuluq təsərrüfatları qeydiyyatdadır. Ölkəmizdə o qədər də böyük donuzçuluq kompleksləri yoxdur, təxminən 7 min baş donuz saxlanılır. Bu da əsasən Gədəbəy, Abşeron yarımadası, Qars, Qəbələ və İsmayıllı rayonlarındadır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə