Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
12:55 23.09.2018
Arxiv
885
Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların sıx yaşadığı Qaracala kənd sakinləri arasında qarşıdurma baş verib.
"Sherg.az"ın "Report”a istinadən verdiyi xəbərə görə, Vardisubani kəndindən olan 6 nəfər taxta və dəmir dəyənəklərlə bazar ərazisində Qaracala kənd sakinlərinə hücum edib. İnsident zamanı odlu silahdan da atəş açılıb.
Nəticədə üç nəfər yaralanıb, 14 yaşlı yeniyetmə isə döyülüb. Onlar Telavi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların həyatlarının təhlükədə olmadığı bildirilib.
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev bildirib ki, Vardisubani və Qaracala kəndlərinin sakinləri arasında münaqişə bir həftə öncə də baş verib: "Bu gün isə Vardisubani sakinləri Qaracala kənd sakinlərindən mal-qaranın bazar ərazisində onlara məxsus sahədən çıxarılmasını tələb etsələr də, qarşı tərəf buna əməl etməyib”.
Ə.Babayev insidentlə bağlı Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili ilə telefon əlaqəsi yaratdığını deyib: "Qubernator baş vermiş hadisəni diqqətdə saxladığını bildirdi. O, insidentin ətraflı araşdırılacağını və günahkarların qanun çəçivəsində cəzalandırılacağını söylədi”.
Ə.Babayev qeyd edib ki, xəsarət alan Qaracala kənd sakinlərinin vəziyyəti stabildir. Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm