"Gürcüstandakı Qarabağ separatçıları həbs edilməlidir" - Açıqlama
09:48 05.10.2018
Arxiv
678
"Gürcüstandakı Qarabağ separatçıları həbs edilməli və Ermənistana Nota verilməlidir”.
Bunu "Sherg.az" Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Gürcüstan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı separatçı Qarabağ rejiminin Abxaziyada "tədbirlərə" qatılmasına seyrçi qalması, rəsmi Tiflisin növbəti dəfə separatizmlə üzləşə bilməsinə gətirə bilər:
"Qarabağ separtçıları Ermənistanın verdiyi diplomatik pasportlarla Gürcüstanın beynəlxalq səviyyədə tanınmış Abxaziya ərazisinə səfər edib. Bu, həmçinin hüquqi cəhətdən erməni vətəndaşlarının rəsmi Tiflisin icazəsi olmadan onun işğal olunmuş ərazilərinə qanunsuz səfərləridi. Həm də Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsdidir. Bununla bağlı, Gürcüstan Ermənistana əlində olan rıçaqlarla təzyiq etməli, İrəvandan izahat tələb etməlidir”.
M.Əsədullazadə bildirib ki, Abxaziyadakı erməni separtaçıları bu ölkə əleyhinə bəyanatlar verməklə separatizmin alovlanmasını zəmin yaradırlar:
"Xüsusi ilə ermənilərin sıx məskunlaşdığı Cavaxetiyanın ayrılmasına çalışırlar. Bununla bağlı rəsmi Tiflis Ermənistana nota verməli və sərhədlərini qanunsuz keçən, buradan separtizmi dəstkləyən Qarabağ separtçılarını interpola verib, həbs etməlidir. Təəssüf ki, Gürcüstan hakimiyyəti bu kimi təxribatları seyr etməklə məşğuldur. Azərbaycan tərəfi də bununla bağlı Gürcüstan hakimiyyətinə müraciət etməli, separatçı ünsürlərə qarşı birgə mübarizə aparmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya