“Guya biz internet medianın fəaliyyətini məhdudlaşdırmaq istəyirik”
20:26 16.05.2016
Arxiv
529
Əflatun Amaşov: “Bu gün bəzi xəbər portalları və saytları var ki, hələ də onların ünvanı və rəhbərliyi haqqında heç bir məlumat yoxdur”
Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Toplantıda "Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə haqqında komitə sədri, vitse-spiker Bahar Muradova məlumat verib. Vitse-spiker bildirib ki, dəyişiklik texniki xarakter daşıyır: "Dəyişiklik "Məlumat azadlığı haqqında” qanunda terror aksiyaları sözü terror aktları sözü ilə əvəz olunmasını nəzərdə tutur.
Amma texniki xarakter daşımasına baxmayaraq, bu gün dünyada terror təhdidinin ciddi olduğu hər kəsə məlumdur. Azərbaycana düşmən dairələrin terror aktları törədəcəyi ilə bağlı hədələr də davam edir. Aprel döyüşləri zamanı gördük ki, Azərbaycan ən ciddi silahlarla belə terrorla hədələnir. Ölkəmiz terrora qarşı mübarizədə çox ciddi mövqe tutur. Azərbaycan beynəlxalq alyansın çox məsuliyyətli və vicdanlı üzvüdür. Biz terrora məruz qalan ölkə kimi terrora qarşı bütün mübarizələrin önündə gedirik”.
"Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddə əlavə edilməlidir”
Bununla yanaşı, B.Muradova deyib ki, Azərbaycanın Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddə əlavə edilməlidir: "Aprel ayının əvvəlində baş verən döyüşlərdən sonra əsgərlərin meyitlərinin mübadiləsi zamanı Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərə yol verildiyi üzə çıxdı. Bu, bütün konvensiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Ancaq Cinayət Məcəlləmizdə bununla bağlı müvafiq maddələr yoxdur. Ona görə də belə cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləmizə əlavə edilməlidir. Cinayət Məcəlləsinə bu dəyişikliklərin hazırlanması ilə məhz bizim komitə məşğul ola bilər. Ötən həftə Milli Məclisdə Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmə zamanı Cinayət Məcəlləsində başqa boşluqların olduğu da üzə çıxdı. Son hadisələr zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edildi. Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəydi. Təcavüzlə bağlı belə cinayətlərə görə Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir. Digər tərəfdən, mən sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram”.
"Media qanunvericiliyinə "bloq”, "bloqqer” kimi anlayışlar salınmalıdır”
"Jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğuna görə media qanunvericiliyi məsələləri İnsan Hüquqları komitəsində müzakirə olunsa, daha yaxşı olar”. Bu təkliflə isə iclasda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edib. Deputat qeyd edib ki, Azərbaycan media qanunvericiliyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb: "Azərbaycan mediası ilə bağlı müəyyən qanunvericilik dəyişikliklərin edilməsinə ehtiyac var. Bu gün hələ də Azərbaycan media qanunvericiliyi klassik media qanunvericiliyində qalmaqdadır. Biz belə təkliflərlə çıxış etdikcə, ayrı-ayrı beynəlxalq təşkilatlarda belə bir fikir yaranır ki, guya, Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik. Hesab edirəm ki, media qanunvericiliyinə "bloq”, "bloqqer” kimi anlayışları salmalıyıq. Onların izahatlarını dəqiq verməliyik. Bu anlayışlar Azərbaycan media qanunvericiliyində ümumiyyətlə yoxdur. Əgər internet media dövlətdən yardım istəyirsə, redaksiya və redaktor haqqında məlumatları mütləq müvafiq qurumlara təqdim etməlidir ki, yardımı ala bilsinlər. Bu gün bəzi xəbər portalları və saytları var ki, hələ də onların ünvanı və rəhbərliyi haqqında heç bir məlumat yoxdur. Həmin portallarda, saytlarda insanların şəxsiyyətləri alçaldılır və təhqir olunur. Hüququ pozulmuş insanlar da bununla bağlı məhkəmələrə müraciət edəndə onun hüquqlarını pozan şəxsləri tapmaq olmur. Bu da nəticədə bu kimi halların çoxalmasına gətirib çıxarır. Hesab edirəm ki, bununla bağlı ciddi ölçü götürülməli və addımlar atılmalıdır”.
Müzakirələrdən sonra qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə