HDP Azərbaycanın da düşmənidir
19:06 30.09.2015
Arxiv
1075
“Həmin qüvvələrin türk dünyasına qarşı nifrəti o qədər böyükdür ki, Azərbaycan bayrağında türklüyün simvolu olan ay-ulduzun görünməməsi üçün düyünləyib asırlar”
Almaniyanın Hamburq şəhərində mitinq keçirən Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Azərbaycan bayrağına hörmətsizlik edib.
Bununla bağlı Prezident Ərdoğanın baş məsləhətçisi Mustafa Varank "tvitter” səhifəsində şəkil paylaşaraq, HDP-nin hərəkətini sərt şəkildə tənqid edib: "HDP-nin bayraq düşmənliyi: Türkiyə bayrağını asmadığı ilə kifayətlənməyib, üstəlik, ay-ulduzlu Azərbaycan bayrağını da bağlayıblar”. Mitinq keçirilən salonda Türkiyə bayrağı ümumiyyətlə olmayıb. Azərbaycan bayrağındakı ayparanın görünməməsi üçün isə bayrağa düyün vurulub.
HDP-nin dövlət atributuna qarşı hörmətsizliyini şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında son illər HDP-nin bütün həddi-hüdudu aşdığını deyib: "Onlar yaratdıqları qurumun Türkiyədə və dünyada yaşayan bütün xalqların partiyası olduğunu iddia edirlər. Ona görə də hara gedirlərsə, özləri ilə müxtəlif xalqların bayrağını aparırlar və konfrans keçirdikləri salondan asırlar. Dəmirtaş açıq-aşkar provakasiya ilə məşğul olur. Onun qardaşı PKK-nın rəhbərliyində təmsil olunur. Dəmirtaş Almaniyadakı bütün şəhərləri gəzərək seçkidə HDP-yə səs toplamağa və kürdləri öz tərəflərinə çəkməyə çalışır. Bu şəxsin bütün tədbirləri və sözləri separatçılıq ab-havasında keçir. Dəmirtaş xaricdəki hər çıxışında Türkiyədən ayrılmaq və müstəqil Kürdüstan dövləti yaratmaq niyyətində olduğunu ifadə edir”. Q.Hüseynli bəyan edib ki, HDP-nin parlamentə düşmüş vəkilləri arasında bir nəfər Cənubi azərbaycanlı var: "HDP həmin deputatın da onların yanında olduğunu əsas gətirərək, digər azərbaycanlıların da kürdləri dəstəklədiyini göstərmək istəyirlər. Yeri gəlmişkən qeyd edim ki, HDP və PKK Türkiyənin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrin bir qismini, yəni milli mənsubiyyəti şübhəli olan gəncləri öz sıralarına çəkirlər. Almaniyada xeyli sayda azərbaycanlının olduğunu bilən HDP-lilər təbliğatı bu istiqamətdə aparır və bayrağımızdan istifadə edirlər. Ancaq həmin qüvvələrin türk dünyasına qarşı nifrəti o qədər böyükdür ki, Azərbaycan bayrağında türklüyün simvolu olan ay-ulduzun görünməməsi üçün düyünləyib asırlar. Türkiyənin bayrağını isə ümumiyyətlə heç bir görüşdə nümayiş etdirmirlər”. Politoloq vurğulayıb ki, Dəmirtaş Türkiyə vətəndaşı kimi bu ölkənin bayrağını hər yerdə dalğalandırmağa borcludur: "Ona sual verilməlidir ki, "sən necə Türkiyə vətəndaşısan, necə millət vəkilisən ki, təmsil etdiyin ölkənin bayrağını görməyə gözün yoxdur. Amma bunlar hamısı boş şeylərdir. Dəmirtaş nə qədər təbliğat aparsa da, HDP bu dəfə seçki barajını keçə bilməyəcək. Mən bunu tam məsuliyyətimlə deyirəm. PKK-nın siyasi uzantısı olan bir təşkilat Türkiyənin Milli Məclisində öz təmsilçisini uzun müddət saxlaya bilməz. Əminəm ki, Türkiyə ordusu PKK-nın kökünü kəsməyə qərarlıdır. Bu baxımdan Türkiyədə seçkilərin mütəşəkkil keçəcəyinə də inanıram”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou