Həbsdə olan MTN polkovniki: "Anama söz vermişəm ki, düzgün danışacam"
09:05 05.09.2017
Arxiv
561
Dələduzluqda təqsirləndirilən keçmiş MTN polkovniki Vüqar Güləli və onunla birgə ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində keçmiş polis əməkdaşı Əlihüseyn Mahirov ifadə verib.
O bildirib ki, bu şəxslər onun oğlunu həbsdən buraxacaqları adı ilə pul alıblar: "Ceyhun zəng etdi ki, oğlumun həbsdən azad olmasına görə 5 min manat gətirməlisən. Pulu birtəhər düzəltdim. Guya bunlar oğlumu həbsdən buraxdıracaqdılar. Mən daha sonra bildim ki, 147 min manat verilib. Pulu Ceyhun İbayev alıb. Vüqar Əsədov mənim başıma oyun açıb. Məni Lənkərana və Lerikə apardı. Guya orada onun əmisi işi həll edəcəkdi. Ceyhun İbayev mənim qohumumdur. Günah ondadır. Çünkü pulu almışdı, gərək mənə də bu barədə deyərdi. Məndən qorxduğu üçün demədi".
Təqsirləndirilən C.İbayev bildirib ki, pulun geri qaytarılması ilə bağlı V.Güləli 30 min manatı öz boynuna götürüb: "Vüqar dedi ki, həbsdə olan şəxsin oğlu gəlsin. Daha sonra Vüqar söylədi ki, gedib bir nəfərlə görüşüb, pulu gətirəcək. Vüqar o gedən getdi".
Digər təqsirləndirilən V.Güləli isə 147 min manat pul zərərçəkmiş Səriyyə Tahirovadan almadığını qeyd edib: "Bizdə evdə bu barədə söhbət də gedib. Bu puldan 77 min manatdan xəbərim olub. 7 mini işi həll etmək üçün vermişəm. 47 mini isə Vüqar Əsədova vermişəm. Anama söz vermişəm düzünü danışacam. Gərək haqqla danışaq".
Məhkəmə sentyabrın 14-ə təyin edilib.
Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O Laçən rayon MTN şöbə rəisi olub.
V.Əsədov isə
Pentensiar Xidmətini sabiq əməkdaşı vəzifsində çalışıb.
Selcuq Elcin
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm