"Heç bir ölkə bizə torpaq geri alan deyil ! "- Özümüz etməliyik !

Zərdüşt Əlizadə: "Nə Minsk qrupundan, nə böyük dövlətlərdən, nə də müsəlman ölkələrindən bunu tələb edə bilərik"


"İndiki müasir zəmanədə dini amil  siyasətdən çox zəifdir. Demək olar, ki, işləmir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fəaliyyət göstərir, 57 müsəlman ölkəsi onun üzvüdür. Ölkələrin hamısı bir-biri ilə düşmən olduğundan təşkilatın beynəlxalq aləmdə nüfuzu yoxdur". 

Bu barədə Sherg.az-a Ermənistana dəstək göstərən islam ölkələrindən danışarkən politoloq Zərdüşt Əlizadə bildirib.

 Onun sözlərinə görə, həmçinin Ərəb Dövlətləri Liqasına 22 ərəb dövləti daxildir, onlar da bir-biri ilə yol getmir, aralarında həmrəylik yoxdur: "

Bir ölkə öz torpağını azad etmək üçün ondan asılı tədbirləri görmürsə, hansı yaxın və ya uzaq dövlətdən xahiş edə bilər ki, ikimiz də müsəlmanıq, ona görə sən mənim xətrimə Ermənistanla əlaqə qurma? Qarabağ sənin torpağındır, zəhmət çək, get al. Nə Minsk qrupundan, nə böyük dövlətlərdən, nə müsəlman ölkələrindən bunu tələb edə bilərik. Özümüz öz torpaqlarımızın sahibi olmasaq, heç kim bizim üçün bunu etməyəcək.

Aysel Aslan