"Həkim xəstənin zəhərləndiyi məhsulun adını yaza bilmir"- Çəkinir
09:18 13.02.2017
Arxiv
816
"Əslində statistikada rəqəmlər düzgün göstərilmir, qida zəhərlənmələrinin sayı daha çoxdur”.
Bunu Sherg.az-a ölkə ərazisində bu ilin yanvar ayı ərzində qeydə alınan 31 qida zəhərlənməsinin səbəblərini izah edərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, statistik rəqəmlərin düzgün göstərilməməyinin səbəbi əhalinin sağlamlığının keşiyində duran orqanla sertifikatı verən orqanın eyni qurum olmasıdır:
"20 ildir istehlakçı hüquqlarının qorunması ilə məşğulam. Bir dəfə də olsun, Səhiyyə Nazirliyinin məhsuldan zəhərlənmə faktını açıqladığını görməmişəm. Səbəbi isə odur ki, bütün zavod və fabrik mallarına Səhiyyə Nazirliyi gigiyenik sertifikat verir. Əgər zəhərlənmə olsa, Azərbaycan həkimi cəsarət edib, sakinin zəhərləndiyi malın adını yaza bilmir. Həkim yazarsa, həmin malı istehsal edən sənaye müəssisəsi tibbi arayışı nazirliyin stolunun üstünə qoyacaq ki, yoxlayıb, sertifikatı verən sənsən, mənim günahım yoxdur. Bu səbəbdən maraqlı vəziyyət yaranır. Nə qədər ki, sertifikat verən orqanla əhalinin sağlamlığının keşiyində duran orqan eyni qurumdur, bu məsələ qapalı qalacaq”
E. Hüseynov Azərbaycanda zəhərlənmələrin və ölənlərin sayının ümumdünya göstəricisindən nə qədər çox olduğunu da açıqlayıb. Onun sözlərinə görə, rəqəmlər 2-3 dəfə az göstərilir:
"Məsələn ABŞ-da 318 milyondan çox insan yaşayır, 1 ildə 76 milyon qida zəhərlənməsi qeydə alınır. Fransada 63 milyondan çox insan yaşayır, ildə 751 zəhərlənmə, 400 nəfərdən çox ölüm faktı var. Azərbaycandakı statistika isə ümumdünya göstəricisindən, Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi rəqəmlərdən aşağıdır”.
Qida zəhərlənmələrinin çox olmasının digər səbəbinin ölkədə qida təhlükəsizliyi haqqında qanunun olmamasına bağlayan E. Hüseynov "qanunun olmadığı sahədə isə mütləq boşluq, hətta cinayət yaranır” – deyə əlavə edib:
"Belə qanun layihəsi neçə illərdir beynəlxalq təşkilatlar tərəfindən hazırlanıb, hökumətə təqdim olunsa da, nədənsə qəbul olunmur. Əhalinin bu qədər məlumatsız olduğu şəraitdə qida zəhərlənmələrinin göstəriləndən çox olması faktdır. Sizin sayt vasitəsilə müraciət edirəm ki, Səhiyyə Nazirliyi özündə cəsarət tapsın, qida zəhərlənmələri baş verən zaman malın adını çıxartsın. Bütün hallarda günah istehlakçının üzərinə atılır. İlk dəfə eşitdim ki, təzə qoyun ətindən çəkilmiş kababdan insan zəhərlənib. Tovuz rayonunda belə hadisə baş verməsi barədə informasiya yayıldı. Bu cür yalançı məlumatlara son qoyulmalıdır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayevin məlumatına görə, yanvar ayı ərzində 54 nəfər qidadan zəhərlənib, 1 uşaq isə ölüb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial